Qeydiyyat
MEDXƏBƏR

Səhiyyə naziri Edvard Karvardin ilə görüşüb

Səhiyyə naziri Edvard Karvardin ilə görüşüb

Səhiyyə naziri Oqtay Şirəliyev BMT-nin Uşaq Fondunun Azərbaycan Nümayəndəliyinin rəhbəri Edvard Karvardin ilə görüşüb.

2021-2025-ci illər üzrə ölkə Əməkdaşlıq Proqramının BMT-nin Uşaq Fondunun İcraiyyə Şurasında təstiqlənməsi bildirilib. Eləcə də 2021-ci il üzrə prioritet əməkdaşlıq istiqamətləri nəzərdən keçirilib.

Belə ki, ana və uşaq sağlamlığının gücləndirilməsi, səhiyyədə informasiya sistemlərinin gücləndirilməsi, COVID-19 qlobal pandemiya ilə bağlı uğurlu fəaliyyətlərin dəstəklənməsi, uşaqlarda inkişaf problemləri və erkən müdaxilə xidmətlərinin tətbiqi, eləcə də sektorlararası fəaliyyətin əlaqələndirilməsi barəsində müzakirələr aparılıb.

Mənbə: http://sehiyye.gov.az/