MEDXƏBƏR

Ümumdünya Anesteziya Günü

Ümumdünya Anesteziya Günü

Hər il 16 oktyabrda bir çox ölkədə qeyd olunan Dünya Anesteziya Günü ənənəvi olaraq anestezioloq-reanimatoloq və tibb sahəsində bütün mütəxəssislər tərəfindən professional bayram olaraq qəbul edilir. Anesteziya - sinir hissinin itkisi deməkdir.  Süni anesteziya- cərrahiyyədə, diş həkimliyində, travmatalogiyada və s. kimi digər tibbi sahələrdə  ağrıkəsici olaraq istifadə olunur.

Bu tibb sahəsinin tarixi 19-cu əsrin ortalarında başlamışdır. 1846-cı il oktyabrın 16-da, amerikan diş həkimi Tomas Morton efir anesteziyası altında əməliyyat keçirmişdir. Beləliklə də ilk dəfə olaraq, ümumi anesteziyanın müvəffəqiyyətlə istifadə edilməsi açıq şəkildə nümayiş etdirildi. Anesteziya olaraq, dietil efir inhalasiyası istifadə etmişdi. Buna görə də, 16 Oktyabr - Dünya Anesteziya Günü sayılır.

Hazırda professional bayram olaraq bütün anestezioloq-reanimatoloqlar rəhbərlikləri, həmkarları tərəfindən təbrik edilir və onların bilik və bacarıqları davamlı inkişaf etdiyi kimi , bu sahənin preparat və metodologiyası da, davamlı inkişafda və genişləndirilməkdədir.