MEDXƏBƏR

Ümumdünya ana südü ilə qidalandırma həftəsi

Ümumdünya ana südü ilə qidalandırma həftəsi

Ümumdünya ana südü ilə qidalandırma həftəsii, Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 1 avqustdan 7 avqusta qədər keçirilir. Bu gün, dünyanın 170-dən çox ölkəsində qeyd edilir. Onun məqsədi qadınlara ana südünün uşağın sağlamlığı üçün faydaları barədə məlumat verməkdir.

ÜST, öz növbəsində, körpələrin altı aylıq dövrünə qədər yalnız ana südü ilə qidalanmasını və bundan sonra müvafiq qidalarla birlikdə davam etməyi tövsiyə edir. Bundan əlavə, ÜST-nın mütəxəssislərinin fikrinə görə körpənin qiidalanmasına doğuşdan sonrakı ilk saat ərzində başlanılmalıdır.

ÜST və UNİCEF birgə körpələrin qidalanması üzrə Qlobal Strategiya hazırlayıblar. Bu proqram körpələrin qidalanmasını, böyüməsini və inkişafını, habelə sağlamlığın qorunmasını yaxşılaşdırmalıdır. Bütün bunlar erkən doğulmuş və südəmər dövrdə olan körpələrin sağ qalma faizini artırmağa kömək etməlidir.