Qeydiyyat
MEDXƏBƏR

Xudafərin 27 ildən sonra öz sahibinə qovuşdu

Xudafərin 27 ildən sonra öz sahibinə qovuşdu

Xudafərin 27 ildən sonra öz sahibinə qovuşdu 

Oktyabrın 18-i tariximizə daha bir şanlı gün kimi yazıldı. Cəbrayıl rayonunda yerləşən tarixi Xudafərin körpüsünün üzərində 27 il sonra üçrəngli Azərbaycan bayrağı ucaldıldı. Vətən Müharibəsində böyük zəfərlərə imza atan müzəffər ordumuz tarixi abidəni öz sahibinə qovuşdurdu. Bu müjdəli xəbəri Azərbaycan xalqına Prezident, Ali Baş Komandan İlham Əliyev çatdırdı.
"Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" , - deyə ölkə başçısı “Twitter” səhifəsində paylaşıb.,