MEDVİDEO
Video

İrana ümid edən, Bakıda şəfa tapdı

Son illər Azərbaycan vətəndaşıları arasında şəfa tapmaq üçün İran İslam Respublikasına  üz tutanların sayı artıb. Rəsmi statistikaya görə, hər il onlarla Azərbaycan vətəndaşı İran klinikalarına baş vurur və buna səbəb kimi Aərbaycanda tibbin daha zəif olduğunu arqument gətirirlər. Amma həmsəhbötəmiz olan Royal Çahnigarov bunun əksi ilə üzləşib . Kraniofaringiomadan əziyyət çəkən 3 uşaq atası dəfələrlə İran İslam Respublikasının həkimlərinə müraciət etsə də heç kəs onun əməliyyatını boynuna götürməyib.

Royal anası Güleydə Şahnigarıvanın verdiyi məlumata görə, sonda o, beyin cərrahı Rauf Sadiqova müraciət edib. 2017-ci il noyabrın 3-də cərrah Royalı əməliyyat edib və kraniofaringiomanı tamam çıxartmağa nail olub. Royal telefon ustasıdır. İran həkimləri onun artıq ümidsiz xəstə olduğunu desələr də gənc ata həyata qayıdıb. Normal işi ilə məşğul olur və uşaqlarını tərbiyə edir.

Bu əməliyyatın təfərrüatlarına həsr edilmiş video materialı diqqətinizə təqdim edirik:
Hazırladı Rusif Hüseynov