Qeydiyyat
MEDVİDEO
Video

MEDPROINFO Professional Tibbi İnformasiya Portalının tanıtım videosu

MEDPROINFO - tibb mütəxəssislərinə yaxın və uzaq xarici ölkələrdən olan həmkarları ilə əlaqə saxlamağa imkan verən, peşəkar bir vasitə olan innovasion onlayn tibbi platformadır. Özünün xüsusi peşəkar komandasının köməyi ilə MEDPROINFO mütəxəssislərə bir-birlərini daha yaxından tanımaq, təcrübə mübadiləsi etmək, uğur və nailiyyətlərini paylaşmaq, tədbirlərdə görüşüb iştirak etmək və yeni tədbirlər təşkil etmək imkanı verir. Həmçinin öz sağlamlığının qayğısına qalan hər kəsin, tibb və sağlamlıq sferasında olan ən son yenilikləri izləməyə imkan verir.

Portalımız təcrübə keçmiş həkimlər, ayrı-ayrı tibb müəssisələri, müxtəlif istiqamətlərdə olan tibbi xidmətlər, eləcə də müxtəlif xəstəliklər, onların diaqnostikası və müalicə üsulları ilə bağlı yüksək keyfiyyətli və etibarlı məlumat əldə etməyə kömək edir. Bundan əlavə saytda tibbi mövzularda olan səmərəli məqalələrlə tanış olmaq, tibbdə olan ən son xəbərləri oxumaq və müxtəlif videomaterialları izləmək mümkündür. Portalımızın strukturu, onun müəyyən bir istifadəçi dairəsinə (tibb mütəxəssisləri üstünlük təşkil etməklə) ünvanlanmış olması və saytda təqdim olunan məlumatların daha rahat və məqsədyönlü istifadə edilməsinə imkan verir.

MEDPROİNFO-platformamıza üzv olan hər bir mütəxəssisə portalımızda elmi və ixtisaslaşdırılmış məqalələr dərc etməyə imkan verir. MEDPROINFO, portalın virtual məkanında mütəxəssislər üçün forumlar təşkil edir. Bu da öz növbəsində, üzvlərimizə digər tibb mütəxəssisləri ilə onları maraqlandıran məqamları, tibbi təcrübələrini diskussiya etməyə, həmçinin istifadəçilərin gündəliklərində şərhlər və peşəkar məsləhətlər verməyə imkan verəcəkdir. Bizə hər zaman portalımıza üzv olan mütəxəssislərimizin müxtəlif xəstəliklərin müasir müalicə metodları, onların qarşısının alınması və reabilitasiyasına olan faydalı fikirləri, yanaşma tərzləri maraqlıdır. Portalla işləmək və xidmətlərin tam siyahısına daxil olmaq üçün portalımızın pulsuz qeydiyyatından keçmək və e-mailə göndəriləcək sorğunu təsdiqləmək kifayətdir. Bu göstəricilər ilk növbədə sistem təhlükəsizliyinin təmin edilməsi, həmçinin, xidmətlərin tarixçəsini nəzərdən keçirmək və fərdi fayl kabinetinin saxlanılması ilə bağlıdır.
Portalımızda qeydiyyatdan keçən şəxslər aşağıdakı güzəştləri əldə edirlər:
1. Qeydiyyatdan keçən şəxslər təşkil etdiyimiz tədbirlərdə güzəştli şəkildə iştirak etmək hüququ ilə təmin olunur.
2. Qeydiyyatdan keçən şəxslərin email ünvanlarına mütəmadi olaraq Azərbaycanda və xaricdə təşkil olunan tibbi tədbirlərlə (konfranslar, seminarlar, workshoplar, ixtisas artırma kursları) bağlı məlumatlar göndərilir.
3. Qeydiyyatdan keçən şəxslər istənilən sayda Medproinfo portalının uyğun bölmələrində elmi və öz təcrübələrinə əsaslanmış tibbi məqalələri yerləşdirə bilir.
4. Qeydiyyatdan keçən şəxslər ödənişsiz və ya güzəştli əsaslarla Azərbaycan və xaricdə nəşriyyatdan asılı olaraq məqalələrini dərc edə bilir.
5. Qeydiyyatdan keçən şəxslər şirkətimiz tərəfindən təşkil edilən “Meet-App”-larda təmənnasız iştirakları üçün dəvət olunur. Hədəfimiz Səhiyyə sahəsində tibbi biliklərin populyarlığına görə reytinqlərdə ön sıralarda olmaq, tibbi peşə mahiyyətinin, təcrübə və bacarıqların artırılmasında ən etibarlı bilik və informasiya mənbəyinə çevrilməkdir.

Əməkdaşlıq üçün təklif və tövsiyyələrinizi, bizimlə əlaqə saxlaya bilərsiniz:
E-mail: [email protected] www.medproinfo.com
Phone: +99455 444 63 13

Bütün tədbirlərimiz üçün təşkilati dəstək MEDVOYAGE TOURISM və EDUCATION tərəfindən təmin edilir. Bu, Azərbaycanda rəsmi olaraq İNCOMİNG (daxil olan) və OUTGOING (xaricə gedən) tibbi turizm ilə məşğul olan ilk şirkətdir. Tibbi turizmlə yanaşı şirkət bütün dünyada təhsil almaq üçün təhsilin bütün sahələrində xidmət göstərir. Biz seminarlar, konqreslər və workshop-ların nəinki Azərbaycanda, həmçinin xaricdə keçirilməsini təşkil etməklə, həkimlərə, rezidentlərə arzu etdikləri seminar və konfranslarda iştirak etmələri üçün kömək edirik. Biz sizlərə öz regionunuzda ərizə təqdim etməklə, Azərbaycan və Türkiyənin aparıcı klinikaları və universitetləri ilə tibbin hər hansı istiqamətində sizə maraqlı olan ixtisas dərəcəsi üzrə tibbi təkmilləşmə kursları təşkil edə bilərik.

Bizim xidmətlərə daxildir:
1. Aviabilet
2. Vizaya dəstək
3. Transfer
4. Sığorta
5. Oteldə yerləşmə
6. Müayinə, müalicə və s.

Sizi həmçinin digər səhifələrimizlə də tanış olmağa dəvət edirik.

https://www.facebook.com/pg/medproinfo
https://www.instagram.com/medproinfo
https://www.youtube.com/channel/UC7ye-dTId7-RB8eF1r4PDhQ/videos
https://www.linkedin.com/company/medinfopro