Qeydiyyat
MEDVİDEO
Video

Ürəyi bədənindən xaricdə doğulan körpə sağ qaldı

Britaniya cərrahları ürəyi bədənindən kənarda yerləşmiş yenidoğulmuş bir qızın həyatını xilas etdilər Lester şəhərində Britaniya cərrahları ürək və qarının bir hissəsi bədən xaricində olan yeni doğulmuş bir qızın həyatını xilas etdilər, The Independent yazır. Bu nadir patologiya-ürəyin ektopiyası- hamiləliyin 9-cu həftəsində ultrasəs müayinəsi zamanı aşkar edilmişdi. Həkimlər uşağın sağ qalma şansının çox az olduğunu və hamiləliyin kəsilməsini tövsiyə edirdilər, ancaq qızın valideynləri imtina etdi. Qızın Miladdan əvvəl doğulacağı nəzərdə tutulurdu, ancaq bir ay əvvəl - 22 noyabrda keysəriyyə əməliyyatı ilə doğuldu və xilasedici əməliyyat ilk birinci saat içərisində başlanıldı. Toplam olaraq yenidoğulmuşun üzərində üç cərrahi müdaxilə tələb olunurdu. Nəticədə, həkimlər ürəyi süni döşqəfəsi içərisində həyata başlatdılar. Körpənin xilas edilməsi üçün təxminən 50 həkimdən ibarət komanda mübarizə aparmışdı. Bu günə qədər həkimlər qızın sağlamlıq vəziyyətini qənaətbəxş hesab edirlər. Lakin, gələcəkdə nə olacağı onun hazırda və sonar davam edən müalicəsindən asılıdır. Statistikaya görə bu diaqnozu olan xəstələrin ömrü 30 ildən çox olmamaqdadır. Qeyd edək ki, bu, Böyük Britaniyada keçirilən bu tip əməliyyatlar sırasında ilk uğurlu əməliyyatdır.