2021-ci ilin fevral ayında aparılan yekun attestasiyadan müvəffəqiyyətlə keçmiş rezidentura təhsilini bitirən həkim-mütəxəssislərin təyinatı Azərbaycan Tibb Universitetinin 4№-li Tədris binasında (Ünvan: Bakı şəhəri Nəsimi rayonu Səməd Vurğun küçəsi-18) 2 aprel 2021-ci il tarixdə aşağıdakı cədvəl üzrə keçiriləcəkdir:
Müraciət edənlərdən şəxsiyyət vəsiqələrini təqdim etmələri xahiş olunur.
2 aprel 2021-ci il / saat 10:00
1. Anesteziologiya-reanimatologiya
2. Ümumi cərrahiyyə
3. Ürək-damar cərrahiyyəsi
4. Yoluxucu xəstəliklər
5. Onkologiya
6. Oftalmologiya
7. Nevrologiya
8. Pediatriya
9. Şüa diaqnostikası
10. Stomatologiya
11. Patoloji anatomiya, məhkəmə-tibbi ekspertiza
12. Endokrinologiya
13. Mamalıq-ginekologiya
14. Terapiya
15. Narkologiya
16. Epidemiologiya
17. Allerqologiya
18. Hematologiya
19. Ftiziatriya
20. Psixiatriya