HAQQIMIZDA

Layihənin məqsədi Zaqafqaziyada və yaxın ölkələrdə həkimlərin, tibb müəssisələrinin rəhbərlərinin, tibb müəssisələrinin menecerlərinin, əczaçıların, tibb bacılarının, rezident və tələbələrin birləşdirilməsi üçün vahid server olmaqdır.
Sizi tibbin ən son xəbərləri ilə gündəmdə saxlamaq məqsədi ilə ən yaxşı mütəxəssislərin iştirakı ilə biz həkimlər üçün və həkimlər barədə tibb portalını yaratdıq. Səhiyyə işçilərinin ayrı-ayrılıqda bir çox tibbi informasiyaları müstəqil izləmə vaxtı olmadığından, biz portalımızda bunları bir araya gətirərək, hər gün məqalələr dərc edir, dərman və səhiyyənin təşkili üzrə yeni metodlar barədə söhbətlər aparır, tibbi yeniliklər və ixtiralar barədə xəbərlər hazırlayıb, gündəmə gətiririk. Tibbi portalda hər hansı mütəxəssis müntəzəm təlim səviyyələrini artıra, həmkarlarının təcrübəsini öyrənə bilər.

MedProInfo qlobal tibbi portalına qoşulun. Bu tibb mütəxəssisləri üçün ən böyük məlumat platformudur. Öz sahəsinin peşəkarı olması üçün Biz bütün peşə işçilərimizi illərlə seçib, dəvət etmişik. Sizdə öz növbənizdə mütəxəssislərə Sizin haqqınızda məlumat toplamağa şans verin.

MedProİnfo-nun peşəkar komandasına etibar edərək, Siz öz tərəfinizdən keçiriləcək olan hər bir tibbi tədbirlərlə tibb işçilərini məlumatlandıra bilərsiniz. Həmçinin bizim peşəkar əməliyyat qrupumuz Sizə dünyanın bütün tibbi seminarlarına və konfranslarına çıxış imkanı təqdim edəcəkdir.

Sizin rahatlığınızı təmin etmək üçün, viza ilə əlaqədar bürokratik məsələləri, otellərdə yerləşdirmək və aviabiletlər kimi məsələləri həll edərək Sizi başqa bir ölkədə təhlükəsiz qalmağınızı təşkil edən MEDVOYAGE Turizm şirkətini Sizə təqdim edirik. Həmçinin Sizi maraqlandıran istədiyiniz tədbiri dünyanın hər hansı bir yerində təşkil edə bilərik.
Portalımıza qeydiyyatdan keçərək, MedProInfo klubunun üzvlərinin imtiyazlarını əldə edirsiniz. Bu klubun üstünlüyü nədir? Biz Sizə çox qısa və aydın cavab verəcəyik.

• Təşkil etdiyimiz tədbirlərdə güzəştli şəkildə iştirak etmək hüququ ilə təmin olunur. 
• Email ünvanlarına mütəmadi olaraq Azərbaycanda və xaricdə təşkil olunan tibbi tədbirlərlə (konfranslar, seminarlar, workshoplar, ixtisas artırma kursları) bağlı məlumatlar göndərilir. 
• İstənilən sayda Medproinfo portalının uyğun bölmələrində elmi və öz təcrübələrinə əsaslanmış tibbi məqalələri yerləşdirə bilir. 
• Ödənişsiz və ya güzəştli əsaslarla Azərbaycan və xaricdə nəşriyyatdan asılı olaraq məqalələrini dərc edə bilir.
• Şirkətimiz tərəfindən təşkil edilən “Meet-App”-larda təmənnasız iştirakları üçün dəvət olunur.