Valideynlər smartfona deyil, uşaqlara daha çox vaxt ayırmalıdır, alimlər vurğulayır

Mövzular: Uşaqlar, Araşdırma


ABŞ-dan olan tədqiqatçılar müasir texnologiyaların ailə münasibətlərinə təsirini öyrənmişlər. Məlum olmuşdur ki,  böyüklər  kompüter ekranı, televizor və ya smartfon arxasında gündə 9 saata qədər vaxt sərf edirlər. Bu da , o deməkdir ki, uşaqlarla ünsiyyət qurmaq üçün kifayət qədər  vaxt yoxdur ", deyə Deccan Chronicle deyir.

Ekspertlər ən azı ailədə 5 yaş və ya daha kiçik körpəsi olan 172 ailənin böyükləri ilə sorğu apardılar. İştirakçılar smartfonlarda nə qədər vaxt sərf etdiyini göstərdilər. Bundan əlavə, respondentlər uşaqlarının davranışlarını təsvir edir və öz stress səviyyələrini qiymətləndirirlər.

Alimlər müəyyən etdilər ki, bir çox valideynlər ailə ilə yemək zamanı, uşaqlarla oyunda və uşağın yatağa qoyulması lazım olduğu anlarda belə diqqətləri smartfon tərəfindən yayınmış olur. Belə valideynlərin uşaqları tez-tez ağlağanlıq və hiperaktivlik göstərir. Lakin belə hallarda valideyinlərin düzgün həlli yollu tapmaq əvəzinə, smartfona üz tutması vəziyyəti daha da ağırlaşdırır. Həmçinin bu valideyinlərin özləri də digər smartfon aludəsi olmayan valideyinlərlə müqayisədə onlar tez-tez depressiya düşür və stress səviyyəsi daha yüksək olur.

MedProInfo