Gecə yemək istəyinin səbəbləri

Həkim dietoloq: Dr. Fidan Həmidova

“Axşamlar dəhşət aclıq hissi olur. Özümü saxlaya bilmirəm , səhərlər də peşmanlıq hissi ilə oyanıram” deyirsinizsə,  tək deyilsiniz. İndi bunun səbəblərini araşdıraq. Müayinədə olan bir çox insandan eyni cümlələlri eşitmişəm “sanki 2 fərqli insanam. Gün ərzində hec acmıram, heç bir şey yemək istəmirəm, amma axşamlar....”Əgər siz də eyni şikayətlərdən əziyyət çəkirsinizsə, aşağıdakı məsləhətlər sizə faydalı ola bilər.  Kaloriləri düzgün bölmürsünüz “Sabah aclıq hiss etmirəm, buna görə də səhər yeməyi yemirəm, saat 14.00-15.00’ə qədər heç bir şey yemədən özümü saxlayıram amma gecə yarısı “qurd iştahası” yaranır” deyənlərdənsinizsə, etdiyiniz səhv elə cümlənin içərisindədir. Səhər yeməyində iştahanızın olması üçün ilk növbədə axşam yeməklərinizi azatlmağa başlayın. Bir neçə gün axşamlar yüngül qidalar yeyin və görəcəksiniz ki, səhərlər ac oyanacaqsınız və gün ərzində balanslı qidalansanız, gecələr aclıq hiss etməyəcəksiniz. Ac olmasanız belə,  çalışın səhərlər az da olsa qidalanın. Depresiyada ola bilərsiniz. Əslində obezitli şəxslər üzərində aparılan araşdırmalarda şəxslərin obez olduqları üçünmü depresiyada olduqlari,  yoxsa depresiyada olduqları üçünmü çox yedikləri hələ də tam olaraq aydınlaşdırıla bilmir. Ortaq baxış isə depresiya ilə obezitenin birlikdə daha çox müşahidə olunmasıdır. Iştah artımı və çəkinin artması depresiyanın əlamətlərindən sayılır. Həm də depresiyanın müalicəsi üçün istifadə olunan bir çox dərman preparatlarının da əlavə təsiri çəkinin artmasıdır. Depresiya və çəki artımı arasında qüsürlü dövran yaranır. Darıxdıqda , təklik hiss etdikdə və bir çox fərqli duyğular zamanı yemək yediyiniz zaman çəkiniz artır. Bu zaman da özünüzü daha depressiv hiss edirsiniz və xarici görünüşünüz sizi daha da narahat edir. Özünüzü rahat hiss etmək narahat hisslərdən qurtulmaq üçün yemək yeyərək özünüzü sakitləşdirirsiniz.

Fidan Hamidova