Güclü stress görmə itkisinə səbəb ola bilər

Mövzular: Araşdırma


Almaniya tədqiqatçıları  yüzlərlə tədqiqatın təhlilini aparıblar və stressin glauokom və görmə sinirinin neyropatiyası kimi xəstəliklərin inkişafına səbəb ola biləcəyini anlayıblar. Onlar da öz növbəsində görmə itkisinə səbəb ola bilirlər, "Medical News Today" deyir.

Alimlər qeyd edirlər ki, həkimlər göz xəstəlikləri olan xəstələrin psixoloji vəziyyətinə diqqət yetirməlidirlər. Çünki, stress təhlükəli ağırlaşmaların inkişafına səbəb ola bilər. Tədqiqatın müəllifləri insanların istirahət və idmanla məşğul olması üçün daha çox vaxt sərf etməyi məsləhət görür. Bu stress səviyyələrini azaltmağa kömək edəcək.

İslandiyadan olan tədqiqatçılar  stress pozuqluğu olan 106 min nəfərin sağlamlığını qiymətləndirdi. Bu insanlar arasında autoimmun xəstəliklərin qalanları arasında daha çox olduğu ortaya çıxdı. Beləliklə, stress immunitet sisteminin fəaliyyətinə əhəmiyyətli təsir göstərə bilər.

 

MedProInfo