MEDXƏBƏR

Depressiyayanın daha bir səbəbi

Mövzular: Bəslənmə, Psixologiya, Tədqiqat

Alimlər qeyd edirlər ki, bağırsaqda yaşayan bakteriyalar depressiyaya səbəb ola bilər
Alimlər siçanlarda bir sıra tədqiqatlar aparıblar və yüksək kalorili yağlı qidalar qəbul edən gəmiricilərin normal qidaları yeyən siçalardan daha tez-tez depressiyadan əziyyət çəkdiyini tapdılar. Ekspertlər inanırlar ki, siçanlarda görünən psixoloji problemlər bağırsaqda yaşayan bakteriyalarla bağlıdır, "Deccan Chronicle" xəbər verir.

Birinci sınaq üçün tədqiqatçılar siçanları qruplara ayırdılar. Hər bir qrup müəyyən qida məhsulu ilə təmin edildi. Yağlı yeməkləri qəbul edən siçovulların piylənmədən əziyyət çəkdiyi ortaya çıxdı. Bundan əlavə, onlarda tez-tez depressiya da müşaidə olunurdu. Lakin, bu gəmiricilər antibiotiklərlə müalicə olunduqdan sonra depressiya əlamətləri itirdi.

İkinci sınaqda alimlər piylənmə və depressiyadan əziyyət çəkən heyvanların bağırsaq bakteriyalarını sağlam siçanlara köçürdülər. Nəticədə  sağlam gəmiricilərdə depressiyaya əlamətləri üzə çıxdı. Guman olunur ki, bağırsaq bakteriyası neyromediator istehsalı prosesinə təsir edir.