MEDXƏBƏR

Hormonların davranışlarda rolu öyrənildi

Mövzular: Psixologiya, Tədqiqat


Uzun müddətdir ki, cinsi hormonların insan davranışına əhəmiyyətli dərəcədə təsiri məlumdur. Məsələn, testosteronu yüksək səviyyədə olan kişilər fəal qadın axtarışında olur. Pensilvaniya Universitetinin əməkdaşları testosteronun başqa bir təsirini tapdılar. Belə ki, məlum olub ki, cinsi hormon səviyyəsi hansı marka geyim və ya saat almaya üstünlük verdiyini ortaya çıxarır, "The Daily Mail" yazır.

Mütəxəssislər tədqiqata 240 gənc dəvət etdilər. Könüllülərin yarısına dəri üstünə testosteron olan xüsusi bir gel, qalan gənclərə isə adi gel tətbiq olundu. Sonra könüllülərə müxtəlif markaların saatlar və geyimləri göstərildi. 

Testesteronu yüksək olanlar keyfiyyəti yaxşı olmasına baxmayaraq brend olmayan geyimlərə maraq göstərmədilər. Brend geyim və saatlara üstünllük verdilər.