MEDXƏBƏR

Ürək patalogiyalarının erkən diaqnozu mümkündür

Mövzular: Tədqiqat, ixtira, Texnologiya

"Lenovo Group" şirkətindən olan Çin alimləri və  Jiangsu Province Cənub-Şərq Universitetinin əməkdaşları öncədən ürək xəstəliyinin ilk simptomlarını xəbərdar edə bilən bir "ağıllı" paltar (Smart Vest), ixtira etdilər, Xinhua bildirib.

Smart Vest, adi T-shirt-lərə bənzəyir. Amma onlardan fərqli olaraq bu T-shirt-lərin daxilində gün ərzində EKQ-ni, ürək səsləri, təzyiq və tənəffüsə nəzarət edə bilən simsiz elektrodlar, sensorlar, elastik tellər yerləşdirilmişdir. Bu isə toplanmış məlumatları süni intellekt vasitəsi ilə bulud sisteminə yükləyir. Və beləliklə də, mobil app vasitəsilə xəstələrin ürəyinin fəaliyyəti, yuxu keyfiyyəti, əhval dəyişiklikləri, o cümlədən real vaxtda izlənilə bilir.

Bu proqramlar həmçinin xəstəliyin diaqnozunu təyin edir və ürək xəstəliyinin inkişafını proqnozlaşdırır. İnfarktın aşkarlanması və müalicəsi üçün ürək tutmasından 8 saat öncə "ağıllı" paltar (Smart Vest) artıq xəbər edir. Lakin anormal ürək fəaliyyəti 2-3 gün ürək ataklarından əvvəl görülə bilər. Yaradılan sistem iki həftə davamlı olaraq insanın sağlamlıq dərəcəsini izləyir.  Bu T-shirt artıq könüllülər üzərində test edilmişdir.