MEDXƏBƏR

Ürək tutmalarından sonra ürəyin regenerasiyası mümkündür

Mövzular: Araşdırma


Oxford Universiteti elm adamları , gəmiricilərə yeni bir zülal vurdular, hansı ki, ürəyi bərpa etmək qabiliyyətinə malikdir, Medical News Today xəbər verir. Ürək tutmaları zamanı oksigenlə dolu qan ürəyə daxil ola bilmir.  Buna görə ürək hüceyrələri ölməyə başlayır. Bu zaman immun sistem hüceyrələri ürəyi ölü hüceyrələrdən təmizləmək üçün zərər çəkmiş sahəyə istiqamətləndirir.

Lakin, immun hüceyrələrinin həddən artıq uzun fəaliyyəti iltihablaşmaya səbəb olurdu, bu da çapıq toxumasına, ürək fəaliyyətinin pozulmasına və ürək çatışmazlığının meydana gəlməsinə gətirib çıxarırdı. Lakin öz növbəsində,  VEGF-C zülalini ürək tutmalarından sonra tətbiqi zamanı limfa damar şəbəkəsinin artmasına səbəb oldu. Bu damarlar  isə  immun sistemi öz işini bitirdikdən sonra zədələnmiş sahədən həmən immun hüceyrələrindən və digər hüceyrə tullantılarından təmizləyir.

Bu da o deməkdir ki, immun hüceyrələri ürəyin bərpasi üçün uzun müddət zədələnmiş sahədə qalırlar, lakin o qədər də çox qalmırlar ki,  əks məhv olma mexanizmi başlasın.  

Beləliklə, immun hüceyrələrin işini yavaşlatmaqla, elm adamları ürəyini tamamilə bərpa olunma qabiliyyətini təkan verdi. Müqayisə üçün: Protein tətbiq olunmayan laboratoriya siçanlarında ürəyin funksiyası təxminən yarıya azaldılmışdı.