MEDVİDEO

Miss Möcüzə

Aydaho ştatının keçmiş gözəllik yarışmasının qəhrəmanı Jeymi Hilton anesteziyadan sonra özünə gəldikdə, kəllə sümüyünün yarısı yox idi. Kəllə sümüyünün yarısını yenidən yerinə qaytarmaq üçün həkimlər onun steril və "canlı" qalması məqsədi ilə kəllə sümüyünü qarının içərisinə implantasiya etmişdilər. Həftə sonu ailəsi ilə balıq tutmağa gedən Jeym Xiltonun bədbəxt hadisəyə uğraması nəticəsində qansızma ilə yanaşı beyinin dəhşətli bir hematomasını qazanmışdı. Beyin iltihabının qarşısını almaq üçün kranial sümüyün çıxarılması vacib idi. Aparılan ikinci əməliyyatdan sonra, Jeymin kəllə sümükləri əvvəlki formasına qaytarıldı və o xəstəxanadan ayrıldı. Bir aydan artıq idi ki, bu gözəl xanım açıq beyinlə (daha doğrusu, 42 gün) yaşamışdır ki, bu da əslində yaşamaq üçün heç də faydalı təcrübə deyildi. Bu hadisədən sonra "Miss Aydaho" tituluna "Miss Möcüzə" titulu da əlavə edildi.