Qeydiyyat
Məqalə  

Nitq qüsurları

Nitq qüsurları

"Sözünün ağası ol! " : - Bəli .Hər bir insan sözünün ağası olmalıdır.Bu deyimə ilk anlamı ilə yanaşı bir də nitq qüsürları mütəxəssisi nəzəri ilə dəyərləndirib bunu söyləmək istərdim hər bir insan nitqinin ağası olmalıdır.İstənilən mövcud nitq qüsurlarınızı qısa zaman çərçivəsində dəf edə bilməniz üçün nitqinizin , düşüncələrinizin ağası olun.

Doğru düşüncə və düzgün nitqinizin olması diləyi ilə nitqimizdəki mövcud ola biləcək qüsurlar haqqında sizləri məlumatlandırmaya keçid alıram.

Nitqimizdəki qüsurlar.

ŞİFAHİ NİTQ QÜSURLARI:

Dislaliya-normal inkişaf etmiş nitq aparatı və eşitmə ilə səs tələffüzünün pozulması.
Alaliya-uşağın bətndaxili və ya erkən inkişaf dövründə baş beyin qabığının üzvi zədələnməsi nitqin olmaması.
Afaziya-baş beynin lokal zədələnməsi nəticəsində nitqin tam və ya qismən itirilməsi.
Kəkələmə-(loqonevroz) nitq aparatı əzələlərinin qıc olması nəticəsində nitq tempinin və ritminin pozulması.
Rinolaliya-(tın-tınlıq,yəni burunda danışma ), nitq aparatının anatomikfizioloji qüsuru nəticəsində səs tələffüzünün və səs tembrinin pozulması .
Dizartriya-nitq aparatının inervasiyasının çatışmamazlığı nəticəsində nitq tələffüzünün pozulması.
Disfoniya-səs tellərinin patoloji pozulması.
Afoniya-səsin tam batması. Bradilaliya-nitq tempinin patoloji yavaşıması.
Taxilaliya-nitq tempinin patoloji tezləşməsi.

YAZILI NİTQİN POZULMASI:

Disleksiya-oxu prosesinin qismən pozulması.
Aleksiya-oxu prosesinin formalaşmaması.
Disqrafiya-yazı prosesinin qismən pozulması.
Aqrafiya-yazı prosesinin formalaşmaması.

Dr.Ruqiyyə Fərəcova / Loqoped ( Surdo), Defektoloq,Udma probləmləri üzrə mütəxəssis

Rugiyya Farajova

DİGƏR MƏQALƏLƏR