Qeydiyyat

HAQQIMIZDA

Cənubi Qafqaz və yaxın ölkələrin səhiyyə işçilərini bir araya toplayan, təlim və konfrans mərkəzi olmaqla vahid server təşkil edən MEDPROİNFO-TIBB MÜTƏXƏSSİSLƏRİ ÜÇÜN ƏN BÖYÜK PROFESSİONAL TİBBİ İNFORMASİYA PORTALIDIR.
www.medproinfo.com

PORTAL sırf həkimlər üçün, onların tələbləri, maraqları üçün yaradılmışdır. HƏKİMLƏRİN öz vaxtlarına qənaət etmələri üçün bütün tələblərini qarşılayacaq xidmətləri MedProİnfo özündə birləşdirir. Burada onlar həm yerli və beynəlxalq konfrans, vebinar, kurslardan xəbərdar olurlar, bu vebinarlarda iştirak edə bilirlər,  tezislərini bu beynəlxalq konfransların jurnallarında və populyar indeksli jurnallarda dərc etdirə bilərlər, həm də ən son dünya tibb xəbərlərini və öz həkimlərimizin təcrübəsinə əsaslanmış məqalə və müsahibələrini oxuyaraq gündəmdə qalırlar, və həmçinin də özləri məqalə yerləşdirə və ya Medproinfo-ya müsahibə verə bilirlər.

Şirkətimiz "Medvoyage" Medical Tourism / Education / MİCE  və "MedProİnfo" portalı geniş beynəlxalq əməkdaşlıqlara imzalar atır, həkimlər üçün həm beynəlxalq akreditasiyalı CME sertifikatlı vebinarlar, konfranslar, həm də həkimlərin öz istədikləri sahədə biliklərini təkmilləşdirmək üçün bir neçə həftəlik, aylıq kurslar təşkil edir.

Vebinarlara Amerikadan, Ingiltərədən, Almaniyadan, İspaniyadan, İrandan, İsraildən və s. kimi ölkələrdən dünyaca tanınmış həkimlər cəlb olunur. Kurslara gəldikdə isə Türkiyyənin müxtəlif şəhərlərində ən tanınmış xəstəxanalarında, hər ixtisas üzrə kurslar təşkil edilir.

Təşkil edilən  bu kurslar həm onlayındır, həm də real xəstəxanaya getməklə reallaşır. Həmçinin “Medvoyage” şirkətimiz Sizin rahatlığınızı təmin etmək üçün, viza ilə əlaqədar bürokratik məsələləri, otellərdə yerləşdirmək və aviabiletlər kimi məsələləri həll edərək ,Sizi başqa bir ölkədə təhlükəsiz qalmağınızı təşkil edir.

Bundan başqa yuxarıda qeyd etdiyimiz kimi "Medvoyage" şirkəti və "MedProİnfo" portalı özünün geniş miqyaslı beynəlxalq əməkdaşlıqları sayəsində həkimlərə 40-dan çox PubMed, ISI və SCOPUS indeksli akademik tibbi jurnallarında öz tezislərini dərc etdirməyə kömək etməklə yanaşı, hətda həkimlərə öz məqalələrini  "MedProİnfo" portalında işıqlandırdığımız beynəlxalq konfrans və vebinarlarların akademik tibb jurnallarında dərc etmələrinə və beynəlxalq səviyyədə işıqlandırmalarına imkan yaradır.

Qeyd etməliyik ki, bir sıra hallarda təqdim olunan tezislərin yüksək indeksli jurnallarda qəbul edilməməsi, mütəxəssislərimizin öz elmi işlərini yüksək standartlar səviyyəsində hazırlayıb təqdim edə bilməməsindən, bu sahədə təcrübə çatışmazlıqlarından irəli gəlir. Məhz bu səbəbdən də, şirkətimiz onlar üçün bütün bu çətin işləri öz üzərinə götürür. Həkimə ancaq bizə məqaləsini təqdim etmək qalır.

MedProİnfo bu problemləri nəzərə alaraq, həkimlər üçün tibbi redaktə, tezisin tələb olunan standartlarda hazırlanması, İngilis dilinə tərcümə edilməsı, uyğun jurnalların seçilməsi, təqdim edilməsi və dərc edilməsinə qədər olan bütün xidmətləri göstərmək kimi gözəl fürsətlər yaradır!

Bu xidmətlərdən yararlanmaq üçün həkimlər portalımızda (www.medproinfo.com) üzv olmalı (TAMAMİLƏ PULSUZ) və ya e-mail ([email protected]) və əlaqə nömrələrimizlə bizə müraciət etməlidir. "MedProİnfo"-ya üzv olan hər bir həkim aşağıdakı imkanları əldə edir:

Üzvlərimiz,

• Təşkil etdiyimiz tədbirlərdə güzəştli şəkildə iştirak etmək hüququ ilə təmin olunur. 

• E-mail ünvanlarına mütəmadi olaraq yerli və xarici tibbi tədbirlər barədə məlumatlar göndərilir. 

• Üzv olan həkimlər İstənilən sayda MEDPROİNFO portalına elmi və öz təcrübələrinə əsaslanmış tibbi məqalələri yerləşdirə bilir və ya portalımıza müsahibə verə bilirsiniz ( TAM PULSUZ). 

• Şirkətimiz tərəfindən təşkil edilən “Meet-App”-larda təmənnasız iştirakları üçün dəvət olunur. 

• MEDPROİNFO həkimlərə 40-dan çox PubMed, ISI və SCOPUS indeksli akademik tibbi jurnallarında öz tezislərini dərc etdirməyə kömək edir.



Qeydiyyatdan keçmək qaydası ilə tanış olmaq üçün videolink:

https://www.facebook.com/watch/?v=2188845181184557

Xidmətlərlə bağlı ətraflı məlumat üçün:
Tel: +99455 4446313
E-mail: [email protected]
Sayt: www.medproinfo.com