Probiotiklər yaşlı insanlarda sümükləri gücləndirir

Mövzular: Araşdırma

Osteoporoz xroniki bir xəstəlikdir sümük sıxlığının zəifləməsi ilə xarakterizə olunur.  Bu xəstəliyədaha çox yaşlı insanlar məruz qalır. İsveç alimləri tapdılar ki,  tərkibində faydalı bakteriyaları olan qida əlavələri sümük kütləsinin itirilməsini 2 dəfəyə qədər azaldır, The Daily Mail. xəbər verir

Tətqiqatda iştirak etmələri üçün mütəxəssislər 90-a yaxın qadın dəvət etdilər. Onlar orta hesabla 76 yaş və ondan yuxarə qadınlar idi. Bu qadınların yarısına faydalı bakteriyaları olan qida əlavələri verildi, digər qrup qadınlar isə nəzarət qrupuna daxil oldular. Tədqiqatın əvvəlindən axırına kimi mütəxəssislər iştirakçıların sümük vəziyyətinə nəzarət etdilər.

Aydın oldu ki, probiotiklər sümük kütləsinin qorunub saxlanılmasına kömək edirlər. Bu günkü gündə osteoparozun effektiv müalicə metodu mövcuddur.  Baxmayaraq ki, diaqnozu sümük sınıqlarından sonra qoyurlar. Mütəxəssislər hesab edirlər ki, probeotiklər osteoparozun profilaktikasında müsbət rol oynayacaq.

MedProInfo