Həftədə üç hamburgerdən istifadə astma inkişaf riskini artırır

Mövzular: Bəslənmə, Araşdırma


Son onilliklərdə fast foodlar bir çox insanların qidasının əsas hissəsini təşkil edir.  Bu qidalar həm yüksək səviyyədə kaloriyə və yağa malikdir və həm də piylənməyə səbəb olur. Bu da, öz növbəsində, yuxarı tənəffüs yollarının iltihablı xəstəlikləri üçün risk faktorudur, deyə Deccan Chronicle yazır.

Çin tədqiqatçıları həftə içində cəmi üç hamburgerin astma inkişafı ehtimalını əhəmiyyətli dərəcədə artırdığını təsbit etdi. Bu yüksək kalorili qidada olan yağ turşuları iltihabi reaksiya ilə əlaqəli maddələrin sərbəst buraxılmasını stimullaşdırır. Bu da, astma və yuxarı tənəffüs yollarının digər xəstəliklərinin başlamasına kömək edə bilər.

Hamburgerin xəmiri vəziyyəti ağırlaşdırır. Onun tərkib hissəsi olan un, astmada tənəffüs yollarının iltihabını dəstəkləyir. Bundan əlavə, fast fooddan hazırlanan yeməklər bədənin tərəvəz və meyvələrinin yerini  tutur və bədənə də fayda vermir. Belə ki, bildiyimiz kimi meyvə və tərəvəzlərdə iltihabdan qorunan bir çox maddə var.

MedProInfo