Qeydiyyat
MEDXƏBƏR

9 May - Qələbə günü

9 May - Qələbə günü

Medproinfo ailəsi II Dünya müharibəsi iştirakçılarını və onların səyi nəticəsində faşizm üzərində qələbə qazanmamız münasibəti ilə həmvətənlərimizi və bütün dünya xalqlarını təbrik edir

(1939-1945) bəşəriyyət üçün dəhşətli, faciəli fəlakətlər dövrü kimi yadda qalmışdır.

Böyük Vətən müharibəsi illərində (1941-1945) Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərmişdir. Qısa müddətdə respublikada 87qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi yaradılmışdı.

1941-1945 -ci illərdə Azərbaycanın 600 mindən çox igid oğlu və qızı cəbhəyə yollanmışdı. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçmişdir.

Həmvətənlərimizin təqribən 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 30 nəfəri “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilmişdir.

Azərbaycandan olan 170 min əsgər və zabit SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunmuşdur.