Qeydiyyat
MEDXƏBƏR

Analitik Ekspertiza Mərkəzindən yeni qaydalar

Analitik Ekspertiza Mərkəzindən yeni qaydalar

Analitik Ekspertiza Mərkəzi dərman vasitələrinin qeydiyyatının yeni qaydaları ilə şirkət və distribüterləri tanış edib

Nazirlər Kabinetinin 2019-cu il dekabrın 25-də verdiyi qərarlarla “Dərman vasitələrinin ekspertizasının aparılması Qaydası” və “Dərman vasitələrinin farmakonəzarət Qaydası” təsdiq edilib. Hər iki qaydanın yenilikləri, fərqli aspektləri və bir sıra məqamlarını aydınlaşdırmaq və maarifləndirmə işləri aparmaq məqsədilə Analitik Ekspertiza Mərkəzində dərman vasitələrinin qeydiyyatı ilə məşğul olan şirkətlər və distribüterlər üçün iclas keçirilib.

Qurumun qeydiyyat-ekspertiza və farmakonəzarət şöbələrinin mütəxəssisləri həmin məsələlərlə əlaqədar bir sıra məqamları izah edib və yeni qaydaların tətbiqi sahəsində yaranan sualları cavablandırıblar.

Tətbiq edilən yeniliklərlə əlaqədar müzakirələr aparılıb.

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumat