Qeydiyyat
MEDXƏBƏR

Beynəlxalq Astma günü

Beynəlxalq Astma günü

Ümumdünya Astma ilə Mübarizə Günü - illik hadisədir, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəyi ilə (Astma Qlobal Təşəbbüsü, GINA) hər il  mayın ilk çərşənbə axşamı keçirilir. İlk dəfə bu gün 35 ölkədə 1998-ci ildən etibarən keçirilməyə başlandı və Beynəlxalq Astma Forumuna həsr olundu. Hər il iştirakçı ölkələrin sayı artır. Keçirilən tədbirlərin əsas məqsədi - artmaqda olan astma xəstəliyinə ictimaiyyətin diqqətini cəlb etdirmək və  xəstəlik haqqında insanların məlumatlarını daha da genişləndirərək onlara göstərilən qayğı keyfiyyətinin yaxşılaşdırılmasıdır.