Qeydiyyat
MEDXƏBƏR

Beynəlxalq Tibb bacısı Günü

Beynəlxalq Tibb bacısı Günü

Hər il 12 May günü Beynəlxalq Tibb bacısı Günü olaraq qeyd olunur. Başqa sözlə desək , bu gün bizim əlimizə bir daha fürsət düşür ki, ən humanist peşə nümayəndələrindən  biri olan tibb bacılarını bir daha təbrik edək və onlara öz minnətdarlığımızı bildirək.  

Tibb bacıları - ilkin tibbi təhsil almış və həkim göstəriş və reseptlərini diqqətlə izləyərək həyata keçirir. Onlar həkimlərin ən əsas-vacib köməkçisidir, çünki xəstənin müalicə dövründə yanında olmaq və təqib etmək ən çox tibb bacılarının üzərinə düşür. Hal-hazırda tibb bacıları ən böyük sağlamlıq işçilərinin kateqoriyasını təşkil edir, çünki tibb təcrübəsində tibb xidmətlərinin böyük bir hissəsi yalnız tibb bacıları tərəfindən təmin edilir.

Tibb bacılarının professional bayramı, tanınmış ingilis qadınlarından biri olan Florence Nightingale-nin doğum günündə qeyd olunur, hansı ki, Krım müharibəsi dövründə (1853-1856)ilk dəfə dünyada tibb bacılarının mərhəməti xidmətini təşkil etmişdi.