Qeydiyyat
MEDXƏBƏR

Koronovirus uşaqlara dəymir

Koronovirus uşaqlara dəymir

Koronovirus ilə yoluxma düşünüldüyündən də tez və asan baş verir. Lakin araşdırmalar zamanı müşahidə olunub ki, uşaqlar arasında yoluxma çox nadir rast gəlinib.

Səhiyyə Nazirliyi, virusla meydana gələn tipik simptomlardan danışdı. Ən sıx rast gəlinən əlamətlər: qızdırma, öskürək (quru və ya yüngül bəlğəmlə), tənəffüsdə çətinlik, nəfəs darlığı, əzələ ağrısı və yorğunluq, həmçinin döş nahiyəsində dolğunluq hissi. Nadir rast gəlinən əlamətlər isə: baş ağrısı, qanhayxırma, ishal, ürək bulanması, qusma və taxikardiya.
.
Əsasən böyüklər virusdan əziyyət çəkirlər, ortalama yaşı 41-dir. Xəstəlik, 60 yaşdan yuxarı insanlar tərəfindən daha ağır keçirilir, xüsusən də əgər şəkər xəstəliyi və ya ürək-damar xəstəlikləri müşahidə olunursa.

Maraqlıdır ki, mütəxəssislərin statistikasında uşaqlar arasında xəstələnmə ilə bağlı məlumat yoxdur. Yalnız yeni koronavirus ilə əlaqəli nadir hallar var. Belə ki, xəbərlərdə belə hadisələr dərhal işıqlandırılır. Məsələn, Çində həkimlər on yaşlı bir uşaqda virusa yoluxma aşkar ediblər, ancaq uşaqda heç bir nəzərə çarpacaq əlamətlər olmayıb. Yəni, xəstəliyin gözədəyməz yayıla biləcəyi və karantinin o qədər də təsirli olmadığı ehtimal edilir, "Lancet" tibb jurnalında edilən bir araşdırmaya görə Forbes yazır.
Ancaq ümumiyyətlə, Səhiyyə Nazirliyinin məlumatına görə, yeni koronavirusa qarşı gənclər və uşaqlar daha az həssasdırlar.