MEDXƏBƏR

Respublika Taun Əleyhinə Stansiyanın adı dəyişib

Respublika Taun Əleyhinə Stansiyanın adı dəyişib
e-tibb.az APA-ya istinadən xəbər verir ki, stansiya Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi adlanır.
Taun Əleyhinə Stansiyanın bazasında Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi publik hüquqi şəxs yaradılıb.
Dəyişiklik Səhiyyə Nazirliyinin kollegiyasının qərarı ilə baş verib.
Qeyd edək ki, Azərbaycana "2019-nCoV" koronavirus epidemiyasının diaqnostik dəsti gətirilib. Koronavirusun diaqnostikası Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzində aparılacaq.