Qeydiyyat
MEDXƏBƏR

TEZİSLƏRİN İNDEKSLİ JURNALLARDA NƏŞRI NƏ DEMƏKDİR?

TEZİSLƏRİN İNDEKSLİ JURNALLARDA NƏŞRI NƏ DEMƏKDİR?
Hər bir həkimin elmi məqaləsinin qlobal miqyasda tanınması və akademik ictimaiyyət tərəfindən qəbul
olunması dövrümüzün əsas tələblərindən biridir. Bunun ən gözəl vasitələrindən biri məqalələrin nüfuzlu jurnallarda çap olunmasıdır. Məqalənin nüfuzlu jurnallarda
nəşri – Həkimin elmi fəaliyyət sahəsinin genişlənməsi və elmi
səviyyəsinin artmasının, ölkənin elmi nüfuzunun yüksəlməsi və mövqeyinin möhkəmlənməsinin təmin edilməsi deməkdir. Hazırda dünyada minlərlə jurnal nəşr olunur və nüfuzlu alimlər onların hamısını deyil, yalnız tanınmış nüfuzlu jurnalları izləyir. Belə jurnallara İSİ, SCOPUS Və PubMED indeksli jurnalları misal göstərmək olar.
Lakin bir sıra hallarda təqdim olunan tezislərin yüksək indeksli jurnallarda qəbul edilməməsi mütəxəssislərimizin öz elmi işlərini yüksək standartlar səviyyəsində hazırlayıb təqdim edə bilməməsindən, bu sahədə təcrübə çatışmazlıqlarından irəli gəlir.
 
Məhz MedProİnfo bu problemləri nəzərə alaraq, həkimlər üçün
- TEZİSİN HAZIRLANMASI
- UYĞUN JURNALLARIN SEÇİLMƏSİ
- TƏRCÜMƏ
-TİBBİ REDAKTƏ
- NƏŞR XİDMƏTLƏRİ kimi gözəl fürsətlər yaradır!