Qeydiyyat
MEDXƏBƏR

Uşaqlara virusa qarşı "sistem" köçürmək, antibiotik vermək təhlükəlidir

Uşaqlara virusa qarşı "sistem" köçürmək, antibiotik vermək təhlükəlidir

Uşaqlara virusa qarşı "sistem" köçürmək, antibiotik vermək təhlükəlidir - Pediatr AÇIQLAYIB

Covid xəstəsi ilə təmasda olan uşaqlara xəstəliyə yoluxmaması üçün profilaktik antibiotik və venadaxili “sistem” istifadəsi halları ilə tez-tez üzləşirik. Bu, çox təhlükəli bir vəziyyətdir.

Bunu həkim-pediatr Günay Rəsulova açıqlayıb. Həkim bildirib ki, lazımsız antibiotik istifadəsi uşağın immunitetini düşürərək əksinə virusun daha da artıb çoxalmasına, xəstəliyin ağırlaşmasına səbəb olur: “Venadaxili infuziya isə sərbəst qidalanan, normal maye qəbul edə bilən uşaqlara lazım deyil, hətta, ev şəraitində uşaqlara olunan bu cür tibbi müdaxilələr həyati təhlükə yaradır. Sadəcə, yüngül qızdırma və kataral əlamətləri olan uşaqlara heç bir dərman istifadə etmədən pediatr nəzarətində izləmək, gedişata uyğun müdaxilə etmək kifayət olacaqdır.

Yersiz həyəcana qapılıb gərəksiz dərman istifadəsi sizin əleyhinizə, virusun xeyrinə işləyəcəkdir”.

 

e-tibb.az