Qeydiyyat
MEDVİDEO

Elanaya dəstək olaq, Xəçəngə qalib gələk

Ruhdan düşməyin!

Elana artıq xərçəngə qalib gəlib. İndi məqsədi başqalarının da bu xəstəliyə qalib gəlməsinə kömək etməkdir.
Elana: "Əgər mən bu ağır xəstəliyin və çətin dövrün öhdəsindən gələ bilmişəmsə, istəyirəm bunu çatdırım ki, onlar da bunu bacararlar. "

Sümük xəərçənginin nadir növünün diaqnozu qoyulanda Elana 7 yaşında idi. Kimyaterapiya o qədər dözülməz idi ki, hətta müalicə başa çatdıqdan sonra keçirdiyi ağrıları və həmin dövrlərdə ona dəstək olanların şəfqət və səxavətini unutmadı.
Elana: " Mənə olunan dəstəyi mən də başqalarına vermək istəyirəm"
Bu ilin fevral ayında Elana və onun 9 yaşında bacısı Sabrina Koenig Uşaq Xərçəng Fondunu yaratdılar: www.charidy.com/kccf/elenateam

Qızlar əvvəl yardıma öz daxıllarındakı pul ilə başladılar. Sonra şirniyyat satışını təşkil etdilər və indi isə onlayn ianə toplayırlar. İndiyə qədən 10 000-lərlə dollar toplayıblar. Vəsait qayğı paketlərinə yığılıb, tibbi xərc ödənişi və virtual şənliklərə sərf olunur
Sabrina: " Mən bacımın nələr yaşadığını bilirəm, çünki çətin dövrlərində yanında idim. Buna görə də başqa uşaqların vəziyyətini başa düşürəm "
Elana: "Əgər kifayət qədər pul toplaya bilsək, xərçəng xəstəliyinə son qoya bilərik"
Elananın fikrincə heç bir hədəf əlçatmaz deyil. Elananın İnstagram səhifəsində (@elanalailakoenig) yayımlanan "Fight Song" mahnısının gözəl ifası artıq dünyanın hər tərəfindən könülləri cəm etmişdir:
https://www.youtube.com/watch?v=aIm_nRvdtkk

O milyonlarla dollar toplamağa ümid edir. Azərbaycandan, İsveçdən, Avropadan, İsraildən hamı yardım etmək istəyir. Onun əməyi artıq böyük töhfələr verir. Siz də, dəstək ola bilərsiniz.


Medproinfo medclub