Qeydiyyat
MEDVİDEO
Video

Uşaqlarda enməmiş xaya və ya kriptorxizm

Uşaq Cərrahı Op. Dr. Murad

Hər hansı səbəbdən xayanın normal eniş yolunda qalaraq xayalığa enməməsinə və ya xayanın xayalıqda olmamasına enməmiş xaya və ya kriptorxizm deyilir. Adından da göründüyü kimi bu patologiyada əsas problem xayanın xayalıqda olmamasındadır. Kriptorxizm 3% normal doğuşdan olan uşaqlarda, 33-45% isə vaxtından əvvəl doğulmuşlarda rast gəlinir. Əksər xəstələrdə ilk 6-9 ay ərzində xayalar xayalığa enir və 1 yaşdan sonra xayanın enməsi real sayılmır. Kriptorxizmin müalicəsi yalnız cərrahi yolladır. Əgər xaya qarın boşluğunda qalıbsa əməliyyat uşağın 6 aylığından sonra, qasıq nahiyyəsindədirsə 1 yaşında icra olunur.