Qeydiyyat
Məqalə  

Autizmli uşaqlarda nitq qüsurlarının aradan qaldırılması

Autizmli uşaqlarda nitq qüsurlarının aradan qaldırılması

Autizm sindromlu uşaqların korreksiyasında nitq qüsurlarının aradan qaldırılması

Autizm sosial və ünsiyyət qabiliyyətinin yaranmasına təsit edən ümumi inkişaf problemidir.Autizm diaqnozu olan uşaqlar özünəqapanmış,ətraf aləmdən təcrid olunmuş şəkildə, "öz dünyalarında" yaşayırlar.Nitq imkanlarına malik olan autist uşaqlar belə başqaları ilə ünsiyyətdən qaçmağa çalışır,göz təmasına girmir və ya yalnız özləri üçün maraq təşkil edən dar bir sahə haqqında danışırlar.Exolaliya(özünə müraciət olunan söz və ya cümlənin təkrarlanması) bu uşaqlarda geniş yayılmışdır.

Autist uşaqlara xas olan xüsusiyyətlərdən biri mənasız və streotip hərəkətlərdir.Onları bu hərəkətlərdən yatındırmaq üçün musiqili oyunlar keçirmək,əl hərəkətləri ilə müşayət olunan ritmik dərslər daha çox yer ayırmaq lazımdır.Ümumiyyətlə autizmli uşaqlar səslərə qarşı çox həssas olurlar.Onlara müraciət etdikdə reaksiya vermirlər,lakin musiqiyə və ritmik melodiyalara tez reaksiya verirlər.Musiqi terapiyası autizmli usaqların,həmçinin somatik və psixi xəstəliklərdən əziyyət çəkən insanların müalicəsi və reabilitasiyasında mühüm vasitələrdən biri kimi tətbiq edilir.
Autizm sindromlu uşaqlarla aparılan loqopedik iş zamanı nitqin inkişafına mane olan səbəbləri aradan qaldırmaqla məşgələlərə başlamaq lazımdır.Nitq inkişafına başlamazdan əvvəl aşağıdakılara riayyət etmək lazımdır:

1.Göz təması yaratmaq.
2.Hərəkətli,uşağın diqqətini toplayan çalışmalar etmək.
3.Tərifləmək və ya cəzalandırmaq.
4.Artikulyasiyasını aktivləşdirən və nəfəs axını gimnasikalarını etdirmək.
5.Dinləmək bacarığını inkişaf etdirmək.
6.Anlama bacarığına nail olmaq
7.Uşağın psixoloji durumuna uyğun proqram tərtib etmək.(ABBA,TEACH,PECS və s.metodikalar)

Özünə qapanmanı aradan qaldırmaq üçün autizmli uşaqları maksimum dərəcədə ünsiyyətə cəlb etmək,kollektiv oyunlarda,cəmiyyət içində olmasına çalışmaq lazımdır.

Fəridə Tagıyeva

DİGƏR MƏQALƏLƏR