Qeydiyyat
Məqalə   Müsahibə  

COVİD vaksinasiyası və Süd vəzi xərçəngi ?

COVİD vaksinasiyası və Süd vəzi xərçəngi ?

2019-cu ildən dünyamızı çənginə alan Covid -19, artiq iki ildir hamımızı kifayət qədər ağır zərbələr, itkilər, ölümlərlə üz-üzə qoydu. Tarix boyu hər yeni xəstəliklərin dərmanı üçün uzun illər işlənilmiş, bəzi xəstəliklər üçün isə vaksinlər tapılmışdır. Tebii ki, Covid -19-u bizlər "dərk edən gündən" etibarən, bu virusa qarşı da vaksininə tezliklə hazırlanmasını istəmişik. Və,bu gün, Ümumdünya Səhiyyə Təşkilatının protokollarına cavab verə bilən bir neçə vaksinlər artıq mövcuddur və kütləvi surətdə Azərbaycan xalqı da vaksinləşmədən keçdi və keçəcəkdir də. İnşallah ki, bu bəladan hamılıqla, biz birlikdə güclüyük deyib, qalib gələcəyik.

Amma.....
İnsan zəkası, insan beyni, insan psixologiyası o qədər bu virusla məşğul oldu ki, qadınlarımız bəşəriyyətin ən böyük bəlasını, süd vəzi xərçənginin unutdular. Unutdular ki,bu xəstəlik hər 8 qadından birində rast gəlinir axı...

Neçə aydır apardığım şəxsi təcrübəmdən bir neçə nyuansı bildirmək istəyirəm. Muayinə otağına daxil olan neçə-neçə qadında süd vəzi xərçəngi diaqnozunu qoyduq. Pasientlerin anamnezi isə belədir: Vaksin vurdurdum, ondan sonra əlimə düyün gəldi...döşüm ağrıdi...sinəmdən qan geldi...və s.
Biz onlara xərçənglə bağlı məlumat verəndə isə, əminliklə bu xəstəliyin məhz vaksindən sonra əmələ gəldiyini israr etdilər.

Ancaq, cox təəssüf ki, el arasında gəzən heç bir vaksinlə bağlı olan fikirlərin elmi əsası yoxdur və əgər vaksindən sonra yuxarıda sadaladığımız əlamətlər yaranıbsa, bu süd vəzilərdə gizli qalan, hələ kliniki üzə çıxmayan şişlərin, düyünlərin, törəmələrin sadəcə üzə çıxmasıdır.

Vurğulayaraq qeyd edirik: Süd vəzidə xərçəng 1-2 aya əlinizə dəyəcək düyün qədər, və ya qan gətirə biləcək qədər inkişaf etmir, o, illərlə gizli qala bilir və bəlli bir aqressivliyə, ölçüyə çatdıqda ələ gələ bilir və ya qanlı ifrazat verə bilir.

Bütün bu deyilənləri nəzərə alaraq, bütün xanımlara bir məsləhət vermək istərdik: Vaksinə gedərkən təkcə allergiyanız yox da,h əqiqətən süd vəziniz təmizdirmi,gizli xərcəngim yoxdurmu kimi suallara Mammoqrafiya muayinəsi etməklə cavab tapın. Unutmayin ki, Mammoqrafiya süd vəzi xərçənginin erkən stadiyada aşkarlanmasında istifadə olunan ən qızıl standart müayinə üsuludur. Yubammayin!
Unutmayaq ki, Covid-19 görünür hələ bir müddət bizimlə olacaqdır və vaksindən qaçmaq mümkün olmayacaqdır. Sonra, vaksini səbəb gətirərək, bizde Süd vəzi Xərçəngi yarandı deməyək və nə bu virusa, nə də Xərçəngə yenilməyək! Sağlam qalın!

Günel Qəmbərova

DİGƏR MƏQALƏLƏR