Qeydiyyat
Müsahibə  

Deməyə utandığımız xəstəlik - Babasil

Deməyə utandığımız xəstəlik - Babasil

Çoxlarının həkimə getməyə utandığı babasil (hemorroy) - insanlar arasında ən çox təsadüf edilən xəstəliklərdən biridir.

Hemorroy - düz bağırsağın ən aşağı hissəsində selikli qişanın altında yerləşən venoz damar toxumasının (düyünlərin) patoloji şəkildə dəyişməsidir ki, bu da insanların yaşam keyfiyyətini nəzərə çarpacaq dərəcədə aşağı salır.

Məhz bunun səbəbləri, qarşısının alınması və aradan qaldırılması barədə ümumi cərrah, proktoloq, Tibb Elmləri üzrə fəlsəfə doktoru Anar Əliyev www.medproinfo.com-a olan müsahibəsində açıqladı.

-Anar doktor, hemorroy nəyin nəticəsində yaranın və yaranma faktorları nədir?

-Salamlayıram, ilk öncə belə gözəl proyek hazırladığınıza görə sizə təşəkkur edirəm. Bu saytda həkmləri bir arada yığmaq və tibbi muariflənmə aparmaq cox böyuk işdi.Size Uğurlar arzulayiram.

Mövzuya gəldikdə düz qeyd edirsiz ki, düz bağırsaq xəstəlikləri son zamanlar artmaqda davam edir. Bu xəsrəliklər arasında babasil (hemorroy) üstünlük təşkil edir. Düz bağirsaq sahəsi ilə məşgul olan elmə Proktologiya, bu sahə mutəxəssisi isə Proktoloq adlanır. Çox təssuflə qeyd etməliyəm ki, Proktoloq həkimə xəstə gec muraciət edir. Səbəb kimi xəstələrdə utancaqlıq hissi, bu sahə mutəxəsislərinin tanımamaqları, digər ixtisas həkimlərinə muraciət etmələridi.Təbbi ki, bu da xəstəliyin ağırlaşmasına gətrib çıxarır.

Babasil (Hemorroy) xəstəliyi anal nahiyyədə şişkinliyin yaranması, defekasiya aktından sonra qanaxmanın olmasidi. Yaranma səbəbi qəbizlik, diyareya, çox oturma, ağır yuk qaldıran insanlar, hamilə qadınlar və doguş zamanı ola bilər.

-Ən çox kimlər arasında rast gəlinir?

-Daha çox qadınlar arasında təsadüf edilir. (hamiləlik, doğuş)

-Nə zaman proktoloqa müraciət olunmalıdır?

-Əgər anal nahiyyədə şişkinlik varsa, nəcis ifrazı zamanı qan olursa, anal qaşınmalar, göynəmələr, ağrılar varsa - Proktoloq həkimə muraciət olunmalıdı.

-Hemoroyun qarşısını almaq üçün nələrə riayət etmək lazımdır?

-Babasil xəstəliyinin profilaktikası üçün (qarşısını almaq üçün) qida rejiminə əməl olunmalı ( fasfut qidalar, quru qidalar azaldılmalı), alkaqollu, qazlı içkilər az qəbul olunmalıdır. Aktiv həyat rejimi ( idman və yürüşlər) seçilməlidi.

-Ölkəmizdə ən çox hansı səbəblərlə xəstələr Sizə müraciət edir?

-Xəstələr proktoloqa anal nahiyyədə agrılar, qanaxma şikayyəti ilə muraciət edirlər.

-Dərmanla müalicəsi mümkündürmü və ümumiyyətlə tam müalicə olunurmu?

-Babasil xəstəliyi kliniki gedişatına görə 4-qrupa bölunur. 1-2 mərhələdə (erkən) dərman mualicəsi, 3-4 mərhələdə cərrahi üsulla mualicə göstərişdi.

Vaxtında proktoloqa müraciət olunduqda, dərman müalicəsi ilə uzun müddətli effek almaq olur.

-Və son olaraq insanlara nə tövsiyyə edərdiniz?
-Pasientlərə tövsiyyəm odur ki, əgər sizdə bagirsaq problemləri yaranıbsa - vaxtında utanmadan, ginekoloqa, terapevtə, aptekə deyil Proktoloqa müraciət edin .Unutmayın ki, vaxtında düzgün ixtisas üzrə mütəxəsisə muraciət etsəniz, hər hansı xəstəliyin ağırlaşmasının qarşısını almiş olursuz.

Sizə də ugurlar arzulayiram.

Anar Əıiyev

DİGƏR MƏQALƏLƏR