Qeydiyyat
Müsahibə  

GAPS dieta

GAPS dieta

"GAPS dietası nədir və üstünlükləri nələrdir ?"  kimi bu və digər suallara Həkim Nutrisioloq - Dietoloq  Dr. Aygün Hacıəliyeva www.medproinfo.com-a verdiyi müsahibəsində ətraflı cavablandırdı.
GAPS -ın açıqlaması bağırsaq və psixoloji sindrom anlamının birləşməsindən alınıb, yəni bağırsaq və psixikanın əlaqəsi haqqında bir pəhrizdir. GAPS pəhrizi - bağırsağın iltihabi xəstəliklərində, autizm,  depressiya, həyəcan, şizofreniya və autoimmün xəstəliklərin müalicəsində çox istifadə edilən terapevtik bir pəhrizdir.

-  GAPS pəhrizinin faydaları nədir?
- Autizmdə əlamətləri yaxşılaşdırmağa kömək edə bilər
Autizm, erkən uşaqlıqdan başlayan və başqaları ilə ünsiyyət və qarşılıqlı əlaqənin pozulması ilə nəticələnən inkişaf pozğunluğudur. GAPS pəhrizinin autizm əlamətlərini yaxşılaşdırmağa kömək etdiyi deyilir
- Qanda şəkər səviyyəsini yaxşılaşdıra bilər. GAPS pəhrizində yüksək qan şəkərinə səbəb olan taxıl, nişastalı tərəvəz və rafinə edilmiş karbohidratlı qidalar istisna olunur. Bunlar qan şəkərinə sürətlə parçalanan yüksək karbohidratlı qidalardır
- İmmuniteti artırır. GAPS pəhriz, bağırsaqdakı faydalı bakteriyaların sayını artıra biləcək fermentasiya olunmuş qidalar və probiyotiklərlə zəngin bir pəhrizdir.

Bu faydalı bağırsaq bakteriyalarının immunitet sistemindəki hüceyrələrə bağlanması düşünülür ki, bu da bədənin xəstəlik və infeksiyaya qarşı reaksiyasını dəyişdirə və yaxşılaşdıraraq immuniteti artıra bilər.
- İltihabı azalda bilər. Antioksidanla zəngin tərəvəzlər, ürəyə faydalı yağlar və balıq kimi bir çox iltihab əleyhinə qidanın daxil olduğu GAPS pəhrizi bədəndə iltihabla mübarizə aparmağa kömək edir.

- GAPS pəhrizində icazə verilən qidalar və içkilər hansılardır?
- GAPS pəhrizində icazə verilən qidalar və içkilər:
sümük bulyonu;
nişastasız tərəvəzlər;
alkalizasiya edən tərəvəzlər - kələm, pomidor, çuğundur, bibər, yerkökü, kərəviz;
sarımsaq və soğan;
təzə göyərtilər;
yetişmiş meyvələr;
təzə toyuq yumurtası (ev toyuqlarından alınmış);
qoz-fındıq və toxum;
hindistan cevizi, kərə yağı, zeytun yaği;
badam və sidr südü;
daşdan və ya dənizdən alınmış duzlar;
təbii orqanik ətlər;
sərbəst sularda tutulan balıq;
ət məhsulları;
tərəvəz və meyvə şirələri;
təbii fermentləşdirilmiş süd məhsulları;
bitki çayları;

- Pəhrizdə qadağa edilən məhsullar hansılardır?
- Pəhrizdə qadağan olunmuş qidalar:
şəkər;
çörək məhsulları;
pasterizə olunmuş süd məhsulları;
nişastalı karbohidratlar;
paxlalılar;
kartof;
soya məhsulları;
taxıl;
antibiotik və ya hormonlarla yetişdirilən heyvan əti;
süni su anbarlarında yetişən balıq;
mağaza şirələri;
yarımfabrikatlar;
spirtli içkilər və s..

Əvvəlcə xəstəni müayinə etmək, mümkün allergiyaları, hər hansı bir məhsula qarşı dözümsüzlüyü müəyyənləşdirmək lazımdır, sonra pəhriz mərhələli şəkildə tətbiq olun        ur və həmçinin də, pəhrizdən çıxmaq üçün xüsusi qaydalar mövcuddur. Sümük bulyonu GAPS protokolunun açarıdır. Sümük blyonu minerallarla zəngindir. Heyvan sümükləri kalsium, maqnezium, kalium, fosfor və digər mineralları ilə zəngindir - sümükləri bərpa və gücləndirmək üçün lazım olan maddələrdir. Sümük iliyində A, K2 vitaminləri, sink, dəmir, bor, manqan, selenyum, omeqa-3 və omeqa-6 yağ turşuları var. Heyvan sümüklərində kollagen var, bişirildikdə jelatinə çevrilir və beynin işləməsi üçün lazım olan bir neçə vacib amin turşusu verir.

Aygün Hacıəliyeva

DİGƏR MƏQALƏLƏR