Qeydiyyat
Müsahibə  

Hamilə və südverən analarda COVİD-19

Hamilə və südverən analarda COVİD-19

Bu gun Bəşər övladı çox ağır sinaqla üzbəüz dayanıbdır. COVİD pandemiyası təhlükəsi anbaan artmaqdadır və bu gün Azərbaycan statistikasına da baxdıqda ürəkaçan rəqəmləri görmürük.
Bunu MedProİnfo.com-a verdiyi müsahibəsində Həkim mammoloq, radioloq, ATU-nun Tədris Terapevtik Klinikasının şüa diaqnostikası və şüa terapiyası kafedrasının müəllimi Dr. Günel Qəmbərova qeyd edib.

Bu gün hamiləlik dönəmində və ya südvermə dönəmində COVİD-ə yoluxan ana olan xanımlarımız vardır. Körpələrinin səhhətinə görə əndişə keçirirlər. Hər dəfə vurğulayıram: Dünyada ana südü ilə yoluxma faktı rəsmi qeydə alınmamışdır. Bilirik ki, ana südü hədsiz antigenlərlə zəngindir ki, bu da övladımızı bir çox respirator xəstəliklərdən qoruyur.

-COVİD-ə yoluxan anadan övlada nə kimi təhlükə vardır?
Bir daha qeyd edirik.Uzun müddət aparılan tədqiqatlar ana südündə hətta SARs -cov və COVİD infeksiyasının müşahidə etməmişdir.Ümumdünya Səhiyyə Təşkilatı bunları nəzərə alaraq, yenə də ilk 6 ayı ana südü ilə bəslənmədə israrlıdır. Nəinki ana südü, hətta ana - bala kontaktı üçün "dəri-dəriyə" təmasından da israrlıdır. Ana - bala bağı formalaşmasının tərəfdarıdır. Ancaq bir şərtlə! Ana COVİD daşıyıcısı və ya xəstəsidirsə, südvərmədən öncə 20 san əllərini yumalı, övladına maska ilə təmasda olmalı, bütün gigiyenik qaydalara əməl etməli, ağız-ağıza öpməməlidir. Bu vacib şərtdir!

-Bəs ananın səhhəti heç cür imkan vermirsə,ovladina süd verməyə,o zaman nə etməli?
Əgər ana səhhəti çox ağırdırsa, övladına yaxın belə düşə bilmirsə, südünü sağdırıb övladına versin. Əgər bu da mümkün deyilsə, südü sağaraq, mastit yaratmasın deyə, müxtəlif preparat ilə süd ifrazını dayandırılmalıdır.
Ümumiyyətlə, Hollandiya və Çində aparılan tədqiqatlarda ana südünün COVİD infeksiyasına qarşı dərman olduğunu da qeyd edilir. Çox güclü proteindən ibarət olan ana südü yaxın zamanda dərman kimi hazırlana bilər ki, bu barədə Çin, News Medical jurnalında məqalə dərc elədi. Hərçənd, Rusiyaya bu barədə bir qədər skeptik movqedədir,
çünki dərman hazırlanacaq qədər ana südü almağın qeyri reallığını düşünür. Könüllü çoxsaylı südverən ana yığmağın qeyri mümkünlüyünü qeyd edir. COVİD pandemiyası elan olunandan çoxsaylı dünya məqalələrini təhlil edirik və bir daha vurğulamaq istərdim ki, hərçənd bir ay öncə Avstraliyada 8 aylıq övladı olan ananın südündə COVİD tapılsa da, hər nə qədər ana bunu bilər-bilməz, ana südünü dayandırsa da, övladı bu xəstəliyə yoluxmamışdır. Həmin anaya hansı yolla süd yollarına infeksiyanın keçməsi bilinməsə də, ÜST-nın qərarı yenə öz hökmündə dayanır və biz də bu hökmlərə əsasən, hər bir qadına, tam gigiyenik qaydalara əməl edərək, ana südü vərməklərində israrlıyiq!
Saglam qalin!

Günel Qəmbərova

DİGƏR MƏQALƏLƏR