Qeydiyyat
Məqalə  

Nitq aparatı

Nitq aparatı

 Çox zaman nitq aparatı dedikdə  ilk  ağlımıza gələnlər ağız, dil , çənə , damaq , səs telləri , dişlərdir. Buna bağlı olaraq insanlar daha öncə sadaladıqlarımızın normal olmasına  baxmayaraq  hər hansı nitq və udma ilə bağlı qüsurlarla qarşılaşdıqlarında problemin nə ilə əlaqədar olduğunu anlamaqda və çıxış yolunun nədə olduğunu bilməkdə çətinlik çəkirlər . Nəzərinizə çatdırım ki  nitq aparatımız bir-biri ilə çox sıx bağlı olan üzvlərdən ,hissələrdən ibarətdir. Bu məqaləmizdə nitq aparatımız haqqında geniş məlumat əldə etmiş olacaqsınız .

Nitq aparatı:  bir-biri ilə sıx qarşılıqlı əlaqədə olan mərkəzi (tənzimləyici və idarəedici)   və  periferik (icraedici) hissədən ibarətdir.

Mərkəzi nitq aparatı :

Mərkəzi nitq aparatı baş beyində yerləşir.

Mərkəzi nitq aparatı ibarətdir:

  • Baş beyin qabığı (daha çox sol yarımkürə)
  • Qabıqaltı düyünlər
  • Otürücü yollar
  • Beyin kökünün (uzunsov beynin) nüvəsi
  • Tənəffüs, səs və artikulyasiya əzələlərinə gedən sinirlər

 

Baş beyin qabığı :     

Nitq reflekslər əsasında inkişaf edir.

  • Beynin qabığının müəyyən hissələri nitqin yaranmasında daha böyük rol oynayırlar. Bu sol yarımkürənin gicgah, ənsə və peysər hissələridir. Alın qırışlarının alt hissələri nitqin hərəkət sahəsi olub insanın özünün nitqinin yaranmasında iştirak edir. (Brok mərkəzi).
  • Yuxarı gicgah qırışları nitq-eşitmə sahəsi olub səs qıcıqlandırıcılarını qəbul etməkdə işirak edir. (Vernike mərkəzi). Beyin qabığının ənsə payı nitqin başa düşülməsini təmin edir. Peysər hissədə görmə mərkəzi yerləşir və o, yazılı nitqi qavramağa imkan verir.

Qabıqaltı düyünlər :

Nitqin  ritm, temp və ifadəliliyinə təsir göstərir.

Ötürücü yollar :

Baş beyin qabığı danışıq üzvləri ilə iki cür sinir yolları ilə əlaqədardır:  mərkəzəqaçan və  mərkəzdənqaçan sinirlər.

Mərkəzdənqaçan  (hərəki) sinir yolları pereferik nitq aparatınınfəaliyyətini tənzimləyən əzələləri baş beyin qabığı ilə əlaqələndirir.

Mərkəzəqaçan yol proproreseptorlardan və baroreseptorlardan başlayır. Proprioreseptorlar əzələlərin, vətərlərin içərisində və hərəkət üzvlərinin oynaq sahələrində yerləşir.baş verir. Mərkəzəqaçan yollar nitq üzvlərinin bütün fəaliyyətinin ümumi tənzimləyicisi kimi mühüm rol oynayır.

Beyin kökü :

Beyin kökünün nüvəsində kəllə-beyin sinirləri öz başlanğıcını götürür. Bütün pereferik nitq aparatının üzvləri kəllə-beyin sinirləri ilə innervasiya (hər hansı bir üzvün və ya toxumanın sinif hüceyrələri ilə təmin olunması) olunur.

                               Dr.Ruqiyyə Fərəcova - Beynəlxalq dərəcəli Loqoped (Surdo) /
              Defektoloq , Udma xəstəlikləri üzrə mütəxəssis

 

Rugiyya Farajova

DİGƏR MƏQALƏLƏR