Qeydiyyat
Məqalə  

Kardioloji reabilitasiya nədir?

Kardioloji reabilitasiya nədir?

Reabilitasiya latın sözü olub "habilis" - bacarıq, “rehabilis” - bərpa edilən bacarıq anlamına gəlir.

İlk dəfə olaraq reabilitasiya anlayışı məhz hüquq termini kimi orta əsrlərdə fransız hüquqşünas Bleynianus tərəfindən istifadə edilib. Reabilitasiya anlayışının bir elm kimi formalaşmasına təkan verən məhz I və II Dünya müharibələri olmuşdur. Belə ki, həmin illərdən sonra fiziki, psixi, xəsarətlər almış çoxsaylı insanlara göstərilən tibbi və sosial-psixoloji yardımlar nəticəsində "reabilitasiya” anlayışı artıq bütün dünyada istifadə edilən terminə çevrilməyə başlamışdır.

Ümumdünya Səhiyyə Təşkilatı- ÜST isə reabilitasiyanı məhz bu cür izzah edir: “Reabilitasiya - xəstəlik, zədə, travmalar nəticəsində qazanılmış və ya anadangəlmə qüsurları olan şəxslərin yaşadıqları cəmiyyətdə yeni həyat şəraitinə sağlam şəkildə uyğunlaşmalarını təmin edən kompleks tədbirləri müəyyənləşdirir". Bütün təhlillərdən məlum olur ki, reabilitasiya - insan sağlamlığının bərpasına, əmək qabiliyyətinin yenidən formalaşması və sosiallaşmasına xidmət göstərən çoxşaxəli prosesdir.

Bəs kardioloji reabilitasiya nədir?

Kardioloji reabilitasiya keçirilmiş ağır ürək xəstəliklərindən, əməliyyatlarından sonra orqanizmin normal psixi və fizioloji funksiyalarının qismən pozulması və ya tamamilə itirilməsinin bərpasına yönəldilmiş bir sıra müalicə metodlarının kompleks tətbiqidir. Həmçinin kardioloji reabilitasiya ürək və damar xəstəliyi olan xəstələrin fiziki, psixoloji və iş görmə qabiliyyətinin maksimuma çatdırılması məqsədi ilə aparılır. Əvvəllər infark, ya da bypass (ürək əməliyyatı) keçirən xəstələr bir neçə ay davam edən yataq istirahəti verilirdi. Bu xəstələr keçirdikləri ürək xəstəliklərinin təkrar etməsindən qorxduqları üçün passiv və hərəkətsiz bir həyat seçirdilər. Bu hərəkətsizlik depressiyaya, özünə qapanmaya, sosial izolyasiya kimi xəstənin həyat keyfiyyətinə olduqca mənfi təsir edirdi, nəticələri də pisləşdirirdi. Lakin sonralar sübüt olundu ki, hərəkətlə ürək xəstəliklərində qorunmaq mümkündür və ağırlaşmaların qarşısı alınır. Bu sahədə aparılan elmi araşdırmalar sübut etdi ki, əsil təhlükə hərəkət deyil, hərəkətsizlikdir! Aktiv həyat tərzi ürəyin təbii dərmanıdır!
Məhz bundan sonra xüsusi məşq proqramları hazırlandı və kontrollu bir şəkildə icra olunan məşq programlarının ürək xəstəliklərində müşahidə olunan şikayətləri gözlə görüləcək şəkildə yaxşılaşdırması tibbə məlum oldu.

Kardiyaloji reabilitasiya proqramı ürək xəstəliyi olan xəstələri izolə olmaqdan, sosial hayatdan qopmaqdan və aktivliklərinin azalmasından qoruyur. Bunun köməyi ilə ürək xəstələri həyata təkrar qayıdır!
Ona görə də, ürək xəstələri məşqlərdən qorxmamalı və bu tip proqramları həkim məsləhəti ilə mütəmadi olaraq icra etməlidirlər.

PhD. Dr. İlahə Ağayeva

DİGƏR MƏQALƏLƏR