Loqoritmika - özünəməzsus aktiv terapiya üsuludur.Loqopedik ritmika dedikdə,söz,musiqi və hərəkətin vəhdəti nəzərdə tutulur.Bu komponentlərin bir-biri ilə əlaqəsi müxtəlif formada təsir edə bilir.Loqoritmik təlimin pedaqoji təsirli olmasından başqa terapevtik təsirini də hiss etmək mümkündür.
Loqoritmika loqopediya və korreksion pedaqogikanın bir bölməsidir.Bu bölümün inkişafında müxtəlif məhdudiyyətli uşaqların inkişafının öyrənilməsi durur.Tək uşaqlardakı inkişaf deyil,müxtəlif yaşda olan insanların nitqində və psixomotor davranışlarında olan pozğunluqların aradan qaldırılması prosesində loqoritmikanın təsir gücü isbat olunmuşdur.
Loqoritmika müxtəlif növ iflicli,dayaq-hərəkət aparatının pozğunluqları olan insanların reabilitasiyasında hərəkətlərini kontrol altında tuta bilmək üçün istifadə oluna bilər.Həmçinin ritmlə icra olunan böyük və kiçik motorika hərəkətləri uşağın hərtərəfli inkişafına böyük təkan verir.
Təcrübələrimdə də gördüyüm kimi sözlə ifadə olunan ünsiyyət musiqili müşayətlə daha effektiv olur.Kəkələyənlər musiqi ifa edərkən ritmin təsirindən kəkələmirlər.Autizmli uşaqlar həzin musiqi parçalarını dəfələrlə dinləməyi sevirlər və mahnı sözlərini təkrarlayırlar(yamsılayırlar)
Bu da nitqin inkişafı üçün çox böyük addımdır.
Loqoritmikanın nə kimi faydaları vardır:
1.Mərkəzi sinir sisteminin pozulması nəticəsində itirilən tarazlığı bərpa edir.Musiqi,hərəkət və ritmin vəhdəti nəticəsində tormozlanma və həyəcan hissi arasında sərhəd gözlənilir.
2.Musiqi və ritm kiçik motor bacarıqların inkişafına təsir edir və hərəkətlərin dinamikasını tənzimləyir.
3.Kollektivlə birgə hərəkətə nəzarət etmək bacarığını artırır.
4.Hər bir nitq qüsuruna uyğun ritmdə musiqi parçası seçilərsə,həmin qüsurun korreksiyası işi daha tez müvəffəqiyyət qazanar.
5.Musiqi duyumunun inkişafı ilə uşaqlarda diqqət,qavrayış,təxəyyül və təfəkkür kimi psixi proseslər də inkişaf edir.
6.Lüğət ehtiyatı artır,nitqin qarammatik tərəfi də inkişaf etmiş olur.
7.Musiqili məşğələlər sinir sistemi zəif inkişaf etmiş uşaqlara müsbət təsir edir,hiss və həyəcanlarını kontrol etməyə kömək edir,özünəqapanma və utancaqlıq hissini aradan qaldırmağa şərait yaradır.
Yeni təlimimiz Loqopedik məşğələdə loqoritmika metodikasıdır.Loqoritmik məşğələ nədir?????
Loqopedik ritmika müalicə ritmikasının bir hissəsidir.Bu metodika loqopedik məşğələlərin effektivliyini artırır və uşağın nitqini musiqi və ritm vasitəsilə birbaşa beyinə təsir göstərərək inkişaf etdirir.Müxtəlif nitq qüsurlarını bu metodikanın köməyi ilə aradan qaldırmaq mümkündür.????
????Təlim haqqında
????Təlimçi
:Fəridə Tağıyeva(Beynəlxalq dərəcəli defektoloq-loqoped
????Tarix:29 İyul
⏰Saat:10:00
RƏSMİ SERTİFİKATLI
????Kimlər qatıla bilər?
Loqopedlər,Psixoloqlar,Pedaqoqlar,Valideynlər
????Təlim fasilə ilə 5 saat davam edəcək
Online və ofline qatılma imkanı????
✅Qara Qarayev filialı
(012) 323 01 64
(050) 540 40 90
????Qara Qarayev metrostansiyası,M.Şərifli 19,Bakı İş Mərkəzinin 3- cü mərtəbəsi
✅Yeni Yasamal filialı
(012) 433 44 80
(070) 540 40 09
????Yeni Yasamal Ə. Əhmədov 36, 77 nömrəli avtobusun son dayanacağı