2222 NARAHATLIĞA NECƏ SON QOYAQ VƏ YAŞAMAĞA BAŞLAYAQ. / MEDBLOG / Professional Tibbi Informasiya Portalı
Qeydiyyat
Məqalə  

NARAHATLIĞA NECƏ SON QOYAQ VƏ YAŞAMAĞA BAŞLAYAQ.

NARAHATLIĞA NECƏ SON QOYAQ VƏ YAŞAMAĞA BAŞLAYAQ.

Xoş gördük əziz oxucular. Söz verdiyim kimi bizləri düşündürən və narahatlığımıza səbəb olan halları aradan qaldırmaq üçün zaman-zaman size öz məqalələrimlə bacardığım qədər bilgiləndirəcəm.
Ötən həftə yazdığım məqalənin davamını yazmağı söz vermişdim.Vətəndaşlarımızın maariflənməsi intihar hallarının azalması demekdir, bu isə bizlərin ən ümdə vəzifəsidir. Yadda saxlamalıyıq ki, narahatlıq sağlamlığımıza güclü zərbədir. Onunla mübarizə apara bilməyən sahibkarlar çox gənc yaşda dünyasını dəyişirlər.
Narahatlıqla bağlı problemləri necə təhlil və həll etməli?
Kiplinq deyir: Sahib olduğum altı qulluqçu bütün bacarıqlarımı mənə öyrətdilər. Onların adını bilmək istərdiz? O zaman deyim… NƏ və NƏ ÜÇÜN? NƏ VAXT və NECƏ? HARADA və KİM?
Bəzən Uillis H.Kerrierin sehirli formula narahatlıqıa bağlı problemimizi həll etməyə bilər. Belə halda nə etməliyik ? Bu sualın cavabı belədir: Biz narahatlığın istənilən formasına qarşı durmaq imkanı verən metodlar işləyib hazırlamalıyıq. Bunun üçün problemin təhlilinin üç əsas üsulu ilə sizi tanış edirəm.

  • Faktiki materialı toplayın.
  • Onu təhlil edin.
  • Həll yollarını tapın və reallaşdırılmasına başlayın.


Məhşur Arestoteldə həyatı boyu bu metoddan istifadə edib.Sizdə bu qaydadan istifadə edərək həyatınızı cəhənnəmə döndərən narahatlıqlardan qurtula bilərsiz.
Gəlin birinci qaydadan başlayaq.Burada deyilir faktiki materiallar toplayın.Nə üçün faktları toplamaq lazımdır?Məsələ burasıındadır ki.əgər faktlara hakim olmasaq problemi məntiqi təhlil ede bilmərik. Biz sadəcə boş qışqır-bağır sala bilərik.
Bu ideya Kolumbiya Universtitetində dekan işləmiş Herbert E. Hoksa məxsusdur.O iyirmi iki il ərzində narahatlıq problemi olan iki min tələbəyə kömək etmişdir. O deyirdi: ”Narahatlığı yaradan əsas səbəb özünü itirmək və ya çaşqınlıqdır”. O insanları çox dəqiq analiz edərək yazırdı.”İnsanların çoxu zəruri və kifayıt edıcı faktlar olmadan qərar qəbul etməyə çalışdıqları üçün narahatlıq keçirirlər” . Belə ki, o məsələn deyirdi; ”Əgər mən gələn həftənin üçüncü günü saat üçdə problemlə üzləşməliyəmsə həmin vaxta qədər heç bir qərar qəbul etmirəm. Hələlik bu problemə aid olan faktları əldə etməyə çalışıram. Narahat olmuram, əziyyətli düşüncələrə qapılmıram. Yaxşı yatıram. Mən sadəcə fakt toplayıram. Problem yaranan vaxtda isə topladığım faktlar problemin öz özünə həll olmasına gətirib çıxarır.

Düşünürəm bu gün sizləri yenə çox yordum. Amma bilginin insana ziyanı olmaz. Məqalənin davamı gələn paylaşımlarda olacaq. İnşallah.

SEVGİLƏRLƏ.

Stare Haciyeva

DİGƏR MƏQALƏLƏR