Tibbi inqilab: mühəndislər portativ MRT skaneri yaradırlar
Mövzular: İxtira, Texnologiya
Medical Express bənzərsiz bir sistemdən - portativ beyin skanerindən bəhs edir. Standart MRT skanerlərinin baha olduğu, xüsusi infrastruktur tələb etdiyi və mobil olmadığı məlumdur.
Massachusetts Ümumi Xəstəxanasında bir qrup tədqiqatçı təcili yardım maşınında quraşdırıla bilən, birbaşa xəstənin otağına çatdırılan və ya dünyanın kiçik klinikalarında və həkim ofislərində quraşdırıla bilən ucuz, kompakt, portativ və az güclü maqnit rezonans görüntüləmə skaneri hazırladı.
Artıq elektrik razetkasına qoşula bilən və ənənəvi MRI skanerlərindən daha az səs çıxaran portativ beyin MRT skaneri yaradılmışdır. Skanerdəki maqnitin özü bir çamaşır səbətinin ölçüsündədir və bütün digər qurğuları ilə birgə ümumi çəkisi 230 kiloqramdır.
Diaqnoz qoyan həkim tərəfindən idarə olunaraq asanlıqla bir yerdən başqa yerə yerini aparmaq olur. İstədikdə çəki 160 kiloqrama endirilə bilər. Üç sağlam yetkin könüllü üzərində sınaqdan keçirilərkən skaner müvəffəqiyyətlə beynin üç ölçülü şəkillərini yarada bildi. Orta hesabla bu 10 dəqiqə çəkdi.