Qeydiyyat
Tədqiqat  

Qlobal istiləşmə yeni təhlükə iyaradır

Qlobal istiləşmə yeni təhlükə iyaradır

Mövzular: Dünya, Tədqiqat

"Lenta.RU" xəbər verir ki, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri həyəcan təbili çalır: təhlillər nəticəsində "beyin yeyən amyoba" kimi tanınan təhlükəli bir patogenin yayılması aşkar edildi. Əvvəllər isti şirin su hövzələrində yaşayan bu mikroorqanizm, daha çox ABŞ-ın cənub əyalətlərində yoluxma halları ilə əlaqələndirilirdi. Ancaq hər şey dəyişir.

40 il ərzində bir dəfə amyobik meningoensefalit hallarına rast gəlinirdi. Bu infeksiya demək olar ki, həmişə ölümcül olur. Mütəxəssislərin fikrincə, illik infeksiya sayı eyni səviyyədə qalırdı, lakin coğrafiya dəyişir. Mikroorqanizminin yaşayış sahəsi qlobal istiləşmə səbəbindən şimala doğru dəyişir.

Patogen orqanizmə su ilə burundan daxil olarsa, infeksiya inkişaf edə bilər. Bu zaman  patogen sürətlə beyinə çatır və toxumaları məhv etməyə başlayır. İnkubasiya dövrü bir neçə gündən iki həftəyə qədər davam edir. Tipik olaraq, Mikroorqanizm suyun temperaturu 45 dərəcə Selsi olan durğun su mənbələrində tapıla bilər. Üzmə hovuzlarının da infeksiya ilə əlaqələndirirlər.

Medproinfo

DİGƏR MƏQALƏLƏR