Qeydiyyat
Məqalə  

Təmizləmə-Detoks

Təmizləmə-Detoks

Baharın, yeni ayın və yeni həftənin ilk günü hər birinizə uğur gətirsin????

İnternet səhifələrinin trendə çevirdiyi detoks sözü hər kəsin dilindədir və hamı "təmizləyici"çarələr soruşur məndən. Bəs təmizlənmə prosesinin necə getdiyini bilirikmi?Orqanizmdə nəyin və necə "çirkləndiyinə" gəlin nəzər yetirək
Sadə dildə desək, orqanizmimizdə-maddələrin tullantılarını atdığımız bir zibil qutumuz var. Zamanla bu zibil qutusu dolur və daşmağa başlayır. Bu zibil həddi aşdıqda orqanizm "dağılmağa" başlayır. Səbəb nədir? Ya orqanizmdə toksinlər hədsiz dərəcədə çoxdur və orqanizm onu təmizləməyi çatdırmır, ya da orqanizmin təmizləmə sistemi işləmir.
Əgər təmizlənmə sistemi 100% işləyirsə, orqanizm istənilən zibilin-(kimyəvi, infeksion, qida, bakteriya, virus, maya göbələyi və s.) öhdəsindən gələ bilir və orqanizmdə heç bir xəstəlik yaranmır.
Əgər 50% və daha az işləyirsə, bu zaman bu toksinlər yalnız sidik və nəcislə deyil, orqanizmin xarici mühitlə əlaqəli bütün selikli qişaları olan (burun, ağ ciyərlər, dəri və vagina) ilə çıxmağa çalışacaq.
Nəticədə isə, insanda aşağıdakı əlamətlər yaranacaq:
Boğazda daimi selik, kəpək, sızanaq, bəlğəm, kandidoz, allergiya, ağız və bədəndə xoşagəlməz qoxu.

Bəs orqanizmdə təmizlənmə prosesini hansı sistemlər yerinə yetirir?
Həzm və limfa sistemi. Əgər bu sistemlərdə nasazlıqlar varsa, necə bilək? Zəiflik və yorğunluq, aqressiya və əsəbilik, miqren və allergiya, əzələ və oynaqlarda ağrılar,səhərlər iştahın olmaması.

❗️Unutmayın, orqanizm öz toksinlərini özü təmizləməyə qadirdir! Əgər təmizləmə sistemləri işləyirsə‼️

Orqanizmdə intoksikasiya həddi aşan kimi insanda selik sonra bəlğəm yaranır,daha sonra öskürək meydana gəlir və astmaya çevrilir. Dəridə-sızanaq, ekzema, psoriaz kimi özünü göstərir. Qadınlarda müxtəlif sekresiya şəklində ginekoloji pozulmalar, kişilərdə prostat vəzi xəstəlikləri yaranır.
Toksinlər yağda həll olunan elementlər olduğundan, əsasən yumşaq yağ toxumalarında toplanır: beyin, süd vəzisi, prostat, qaraciyər, hüceyrə membranları və s. Beləliklə, kistlər, miyomlar, poliplər, adenomalar və s.kimi xəstəliklər ortaya çıxır.

Azay Musayeva

DİGƏR MƏQALƏLƏR