"Zərərli" viruslar bel travması olan insanlara hərəkətlilik gazandırır

Mövzular: Araşdırma, Genetika


London Kral Kollecinin əməkdaşları iflicə qarşı müsbət müalicənin alınmasına yaxınlaşdılar, BBC- xəbər verir. Alimlər onurğa beyin xəsarəti olan sıçanların ön pəncələrinə hərəkətliliyi bərpa etmək üçün gen terapiyasını tətbiq etdilər. Müalicəni tətbiq etdikdən sonra, heyvanlar şəkər parçalarının ön pəncələri ilə heç bir problem olmadan götürə bildilər. Mütəxəssislər, yanaşmanın insanların üzərində çalışacağına inanırlar.

Onurğa beyni, beyindən bədənin qalan hissəsinə əmr verən sinirlərin sıx toplandığı borudur. Onurğa beyni travmaları çapıq toxumanın formalaşması ilə müalicə olunur, hansı ki, bu da özündən siqnalları ötürmür və nəticədə iflicə səbəb olur.  Alimlər bu çapıq toxumasını yoxa çıxartmağa çalışdılar. Bunun üçün, onurğa beyni hüceyrələrinə yeni genetik göstərişlər verilməsi tələb olundu ki, bu da çapıq toxumasını aradan qaldırsın.

Alimlər virusun köməyi ilə hüceyrələrin instruksiyasına enzim inyeksiya etdilər ki, bu da onurğa beynində aktivliyə və nəticədə yeni sinir şəbəkələrinin formalaşmasına səbəb oldu.  Məhz bu tətqiqatdan iki ay sonra heyvanlarda ön pəncələrdə hərəkətlilik müşahidə olundu.

 

MedProInfo