Kosmetik dermatologiya və plastik cərrahiyyə üzrə 10-cu beynəlxalq konfrans
28-29 sentyabr, 2020 / Webinar
2020
Kursun məqsədi ölkənin şəhər və rayonlarının doğuşayardım müəssisələrində çalışan tibb mütəxəssislərinin peşəkarlıq səviyyəsini yüksəltmək və nəzəri, praktiki bacarıqlarını təkmilləşdirmək, fövqəlada hallar zamanı mamalıqda komanda əsasında işin daha səmərəli təşkilini həyata keçirməkdir.
Antenatal və perinatal yardıma dair beynəlxalq səviyyədə sertifikatlaşdırılmış mütəxəssislər tərəfindən keçirilən təlim proqramı Amerika Birləşmiş Ştatlarının Ailə Həkimləri Akademiyasının “Mamalıqda Təkmilləşdirilmiş Təxirəsalınmaz Yardım üzrə təlim kursu” (ALSO - Advanced Life Support in Obstretrics) adlı rəhbər vəsait əsasında keçiriləcək.
Təlimin proqramı:
1. Təhlükəsiz analıq
2. Qeyri-düz gəliş/vəziyyət
3. Uşaqlıq yolundan yardımçı doğuş
4. Doğuş zamanı dölə nəzarət
5. Çiyinlərin distosiyası
6. Hamiləliyin gec dövrlərində uşaqlıq yolundan qanaxma
7. Doğuş fəaliyyətinin distosiyası
8. Vaxtından əvvəl doğuş və dölyanı qişaların vaxtından əvvəl yırtılması
9. Hamiləliklə əlaqədar tibbi ağırlaşmalar
10. Doğuşdan sonrakı qanaxmalar/Ananın reanimasiyası
11. Praktiki məşğələ
Hədəf auditoriyası:
Doğuşayardım müəssisələrində çalışan tibb mütəxəssisələri (həkim mama-ginekoloqlar, orta tibb heyəti), rezidentlər və mamalıq-ginekologiya üzrə tibbi təhsil alan tələbələr.
Kursun təfərruatı
Kateqoriya: ALSO - Mamalıqda təxirəsalınmaz tibbi yardım
Təlimçi-instruktor: Dr Nailə Şahbazova (ETMGI), Dr Sevda Şamilzadə (ETMGI), Dr Aytən Bədəlova (ETMGI)
Başlanğıc tarixi: 14.Mar.2020 09:00
Son tarix: 15.Mar.2020 16:00
Region: Bakı
Yer: Nizami küç., 203, AF Business House, 5-ci mərt., AZ1010, Bakı, Azərbaycan
DTT xall:
Auditoriya: terapevt, reanimatoloq, təcili tibbi yardım həkimi, ailə həkimi, pediatr, mama-ginekoloq, neonatoloq, anestezioloq
Hissə: 3
Səviyyə: 4
Müddət: 1,5 gün
Dil: Azərbaycan
İştirakçı sayı: 15
Status: Başlanmayıb
28-29 sentyabr, 2020 / Webinar
28-29 sentyabr, 2020 / Webinar
30-01 sentyabr, 2020 / Webinar