Qeydiyyat

YERLİTƏDBİRLƏR

Ürək Çatişmazliğinin Multi-Modal Diaqnostikası

Ürək Çatişmazliğinin Multi-Modal Diaqnostikası
07 Noyabr

2020

Konfrans haqqında

"ÜRƏK ÇATIŞMAZLIĞININ MULTİ-MODAL DİAQNOSTİK GÖRÜNTÜLƏMƏ İLƏ İNTEQRASİYASI" MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS

"Ürək çatışmazlığının multi-modal diaqnostik görüntüləmə ilə inteqrasiyası" mövzusunda Beynəlxalq Konfrans 7-8 noyabr 2020-ci il tarixində ilk dəfə olaraq Bakı şəhərində baş tutacaqdır. Azərbaycan Tibb Universiteti və Uptodate İn Medicine tərəfindən təşkil edilən və Azərbaycan Tibb Universitetinin Jurnalı tərəfindən dəstəklənən bu beynəlxalq konfrans həmçinin Beynəlxalq Gənc Kardioloqlar Akademiyası ilə yanaşı keçiriləcəkdir.

Qeyri-invaziv kardioloji görüntüləmə sürətli texnoloji dəyişikliyə məruz qalır və nəticədə ürəyin quruluşu və funksiyasının müayinəsi imkanları təkmilləşir və yaxşılaşır. Koronar KTA, obstruktiv koronar damar xəstəliyinin gedişatına erkən müdaxilə üçün kardioloqları çox vacib məlumatla təmin edir, struktur və anadangəlmə ürək xəstəliyi üçün müdaxilələrin həyata keçirilməsinə və cərrahi müdaxilə üçün düzgün taktikanın seçilməsinə əhəmiyyətli təsir göstərir.

Ürəyin MRT müayinəsi pulmonar hipertenziya və ürək çatışmazlığı kimi mürəkkəb ürək xəstəliklərinin diaqnostikası və müalicəsi üçün qızıl standarta çevrilmişdir. Riyazi hesablamalar əsasənda ürək fəaliyyətinin dörd müstəvidə müayinəsi imkan verir ki, real zaman kəsiyində qan axınının sürəti qiymətləndirilsin. Exokardiografiya və nüvə kardiologiyasındakı irəliləyişlər mürəkkəb koronar və struktur ürək xəstəliklərinin idarə olunması üçün eyni dərəcədə maraqlı və dəyərlidir.

Konfrans Azərbaycan Tibb Universiteti və Uptodate In Medicine tərəfindən Unikardio qrupu ilə sıx əməkdaşlıq və Azərbaycan Tibb Universitetinin Jurnalı və Avrasiya Klinik Elmlər Jurnalı tərəfindən dəstəklənir. Konfransa paralel olaraq Beynəlxalq Gənc Kardiologiya Akademiyasının toplantısı da keçiriləcək, fərqli mənşəli iştirakçılar üçün bir sıra maraqlı konfrans öncəsi seminarlar təşkil ediləcəkdir.

Bütün kardioloqlar, kardio-cərrahlar, qeyri-invaziv və invaziv ürək-damar görüntüləməsi ilə məşğul olan mütəxəssislərin bir araya gələcəyi bu mühüm elmi-praktik konfransda kardiologiyada və xüsusilə də ürək çatışmazlığında multimodal görüntüləmə texnologiyalarına dair maraqlı müzakirələr və paylaşımlar aparılacaqdır. Konfrans, hər bir görüntüləmə metodundan düzgün istifadə üçün mövcud tövsiyələri nəzərdən keçirəcək, yeni görüntüləmə texnologiyaların pasiyentin müalicəsinə, habelə səhiyyə xərclərinə təsirini dəyərləndirəcəkdir.

Mühazirələr, panel müzakirələri və sual-cavab sessiyaları vasitəsilə iştirakçılar, o cümlədən mütəxəssislər və ümumi praktika həkimləri, çox-modallı, qeyri-invaziv və invaziv ürək-damar görüntüləməsi sahəsində mövcud texnologiyalara dair yeni məlumatlar əldə edəcək və müxtəlif qabaqcıl görüntüləmə texnologiyalarının cari tətbiqləri haqqında biliklərini artıracaqlar.

İnteraktiv didaktik sessiyalara əlavə olaraq, iştirakçılar konfrans öncəsi seminarlarda öz bacarıqlarını praktik məşğələlər və kiçik qrup seminarları ilə artırmaq imkanı əldə edəcəklər.

Konfransın təfərruatı

Kateqoriya: Kardiologiya
Təlimçi-instruktor: Prof. Drs
Başlanğıc tarixi: 07.Nov.2020 09:00
Son tarix: 08.Nov.2020 18:00
Region: Bakı
Yer: Four Seasons oteli
Hissə: 1
Səviyyə: 3
Müddət: 2 gün
Dil: Azərbaycan-İngilis
İştirakçı sayı: 249
Status: Başlanmayıb

Şərtlər:
* Ödəniş barədə qeyd:
Tədbirə 2 həftə qalmış ödəniş tam geri qaytarılır ;
Tədbirə 1 həftə qalmış ödənişdən 25% tutulur;
Tədbirə 5 gün ve daha az qalmış ödənişdən - 50% tutulur;
Tədbirə 3 gün qalmış ödəniş qaytarılmır !


Qalan yerlərin sayı: 248
Qiymət: 100 - 200 AZN

Aktual Tədbirlər