PEDİATRİK TƏKMİL HƏYATA DƏSTƏK / PALS - PEDİATRİC ADVANCED LİFE SUPPORT
PALS - İrəliləmiş Pediatrik Təcili Yardım - Amerika Ürək Assosiasiyası/Amerika Kardiologiya Cəmiyyəti və Amerika Pediatriya Akademiyası tərəfindən tibb mütəxəssislərinin davamlı tibbi təhsili və praktik vərdişlərinin təkmilləşdirilməsi üçün hazırlanmış təlimdir.
PALS təlimi uşaqlarda aritmiyaların diaqnostikasına və ürək-ağciyər pozğunluqları, o cümlədən ürək dayanması və respirator çatışmazlıq hallarının vaxtında aşkar edilməsi və müalicəsinin öyrədilməsinə yönəlib.
Təlimin hədəfləri:
PALS təlimini bitirdikdə hər bir iştirakçısı aşağıdakı bacarıqlara yiyələnmiş olacaqdır:
* Körpələr və ya yuxarı yaşlı uşaqlarda tənəffüs çatmamazlığı və şok simptomlarının müəyyənləşdirilməsi və müalicəsi.
*Uşaq ürək-canlandırması bacarıqları.
*Uşaq ürək-ağciyər dayanması hallarının qarşısının alınması, erkən edilməsi və uğurlu reanimasiya tədbirlərinin tətbiqi.
*Reanimasiya tədbirləri zamanı komanda işi və psixomotor vərdişlərin nümayiş etdirilməsi.
Kursun təfərruatı
Kateqoriya: PALS - Pediatrik Təkmil Həyata Dəstək Kursu
Təlimçi-instruktor: Nabil Seyidov, Könül İsmayılova
Başlanğıc tarixi: 23.Nov.2021 09:00
Son tarix: 24.Nov.2021 15:00
Region: Bakı
Yer: Bakı şəh., Zərdabi küç., 96/ İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Bakı şəh. Azərbaycan Respublikası
DTT xall: 12
Auditoriya: reanimatoloq, təcili tibbi yardım həkimi, ailə həkimi, pediatr, neonatoloq, anestezioloq
Hissə: 3
Səviyyə: 3
Müddət: 2 gün
Dil: Azərbaycan-İngilis
İştirakçı sayı: 10
Status: Başlanmayıb
Şərtlər:
Təlimdə yalniz tibb işçiləri iştirak edə bilər. Amerika Ürək Assosiasiyasının rəsmi PALS sertifikatını almaq istəyənlər qeydiyyat zamanı bunu bildirməlidirlər. AHA PALS təlimini keçənlərə BLS sertifikatı da verilə bilər (ayrıca soruşun təlim təşkilatçısından).
* Ödəniş barədə qeyd:
Tədbirə 2 həftə qalmış ödəniş tam geri qaytarılır ;
Tədbirə 1 həftə qalmış ödənişdən 25% tutulur;
Tədbirə 5 gün ve daha az qalmış ödənişdən - 50% tutulur;
Tədbirə 3 gün qalmış ödəniş qaytarılmır !
Qalan yerlərin sayı: 10
Qiymət: 70 - 130 AZN
Ətraflı məlumat üçün:
Tel/ WhatsApp: +994554446313