Çin mütəxəssisləri inhalyasiya peyvəndi əldə etməyə çalışırlar.
Çinin Qida və Dərmanların keyfiyyətinə Nəzarət İdarəsi yeni inhalyasion koronavirus peyvəndi üçün genişləndirilmiş klinik sınaqları təsdiqlədi. Milli Hərbi Elmlər Akademiyasının epidemioloqu Chen Wei -nin rəhbərlik etdiyi komanda, bu vaksinin təcili istifadəsi üçün icazə istəmək niyyətindədir. Alim, bu vaksinin digər inyeksion vaksinlərdən üstünlüyünü iddia edir. Onun sözlərinə görə, virusun daxil olduğu tənəffüs yollarının hüceyrələrini birbaşa hədəf alır və hüceyrə və humoral immunitetə əlavə olaraq selikli qişa immunitetinin formalaşmasına kömək edir.
"Bu üç növ immunitetin yaranması, koronavirusa qarşı peyvənd hazırlayanların əldə etdiyi vaksinlərin ən yaxşısıdır" dedi.
Eyni zamanda, yeni vaksinin sürətli tətbiqi ilə bağlı hələ də fikir birliyi yoxdur. Bəzi alimlərə görə, inhalyasiya peyvəndi dərialtı və ya əzələdaxili olaraq vurulan vaksinlərdən nisbətən daha az təsirli ola bilər.
https://ru.euronews.com/2021/06/05/nebulized-vaccine