Qeydiyyat
MEDXƏBƏR

Tezliklə işğaldan azad olunan ərazilərin yeni xəritəsi tərtib ediləcək

Tezliklə işğaldan azad olunan ərazilərin yeni xəritəsi tərtib ediləcək

İllərlə qondarma tarix yaratmağa çalışan ermənilər 19-cu əsrin əvvəllərindən Qarabağa köçürüldüklərini unudaraq, qədim torpaqlarımızda özlərinə tarix yaratmağa çalışıblar. Dəyişə bilmədikləri abidələi isə dağıdıb uçurublar. Hətta qəbirüstü abidələr belə erməni vandalizminin qurbanı olub. Lakin qədim məzarlıqda hələ də uçurub-dağıda bilmədikləri Azərbaycanlıların izi var. Dağlıq Qarabağ və ətraf rayonlarda 220 yaşayış məntəqəsinin adının dəyişdirilərək erməniləşdirməyə çalışmışlar. Azıx mağarası onu sübut edir ki, Azərbaycan dünyada ən qədim mədəniyyət yerlərindən biridir. Avropanın ən qədim sakinləri xəritəsinə biz Azıxantrop-a(ibtidai insana məxsus çənə ) görə düşmüşük.
Tarixə qarşı etdikləri bu vandallıq, elə onların adı ilə anılacaq. Dağıdılmış bütün abidələr elə olduğu kimi dünya ictimayətinə təqdim ediləcək.
Azərbaycanın izini Qarabağdan silməyə çalışan ermənilər indi Qarabağdan iz qoymadan qaçırlar. Bu qədər əraziləri ələ keçirmələrinə baxmayaraq heç bir yaxşılaşdırma, inkişaf işləri görə bilməyiblər. Əksinə qanunsuz olaraq meşələrimiz qırıblar, qanunsuz olaraq zəbt olunmuş torpaqlarımızda təbii sərvətlərimizdən istifadə edib və kənar ölkələrə satıblar, qanunsuz yollar açaraq son bu bir aya qədər yeni erməni əhalisinin başqa ölkələrdən bizim torpaqlarda yerləşdirməyə davam ediblər. Qeyd edim ki, Qarabağ Azərbaycanın ən gözəl torpaqlarından biridir.

"O torpaqlar canlanacaq, ora həyat, uşaqların təbəssümü qayıdacaq. Azərbaycan vətəndaşları o torpaqlarda ləyaqətlə yaşayacaqlar. Biz işğaldan azad olunmuş torpaqlarda şəhərlər quracağıq, həmin yerləri cənnətə çevirəcəyik"-Prezident Ali Baş Komandan İlham Əliyev qeyd edib. Qarağağ Azərbaycandır!