Qeydiyyat
MEDVİDEO
Video

Bakıda Tibbi Turizm və konfransların təşkili

Haqqımızda

Medikal Turizm, xidmət sektorunun iki sahəsinin tibb və turizmi bir-biri ilə əlaqəli  fəaliyyət göstərməsidir.

Tibbi Turizm sahəsi üzrə Asiyada ən vacib mərkəzlər Hindistan, Malaziya, Sinqapur  və Taylanddır. Hindistan ingilis dilinin geniş yayılma avantajı, ucuz qiymətlər və professional xidmət anlayışına görə ön sıralardadır. Orta Asiya, Dubay, Bəhreyn, Liviya artıq ciddi rəqibə çevrilməyə başlayırlar. Dubayda yeni tibbi şəhər salınmışdır. Dünya üzrə 35 ölkə tibbi turizm ilə məşğuldur: Argentina, Avstraliya, Belçika, Braziliya, Karib Adaları, Çin, Fransa, Almaniya, Macarıstan, Hindistan, İsrail, Yaponiya, Malaziya, İordaniya, Cənubi Afrika, Sinqapur, Səudiyyə Ərəbistanı, Polşa, Filippin, Panama, Yeni Zellandiya, Meksika, Cənubi Koreya, İspaniya, İsveçrə, Tayvan, Tayland, Tunis, Türkiyə, Belçika, Ərəb Əmirlikləri, İngiltərə və ABŞ.

Tibbi  turizmin Azərbaycanda inkişafı yeni başlasa da, bir çox sahədə həm coğrafi məkanına, həm də xidmət səviyyəsinə görə adı gedən ölkələrə rəqib ola bilər. Bunun üçün “Niyə Azərbaycan?” sualına cavabımız olmalıdır:

Niyə Azərbaycan?

  • Ucuz qiymət
  • Dünya standartlarında keyfiyyət
  • Qısa vaxt ərzində xidmət
  • Gözəl təbiət və zəngin mədəni tarixi keçmiş.

Şirkətimiz bu sahədə  ilk rəsmi xidmət təklif edən qurumdur. Hal-hazırda  həm yaxın, həm də uzaq ölkələrdən turistləri qəbul edirik. Potensial müştərilərimiz həm ölkəyə daxil olan bütün turistlər, həm də müəyyən səbəblərdən ölkələrindən xaricdə tibbi xidmət axtarışında olan hər kəsdir. Sektorun gələcəyinə ümid bəsləyir və inanırıq. Zamanın və  tendensiyanın  tələblərinə uyğun  lazımi yerdə güclü komanda ilə ölkəmizi region üzrə tibbi turizm sektorunda vacib strateji mövqe vəziyyətinə gətirmək üçün əlimizdən gələni edirik.

Medproinfo medclub